ŞƏHİD AİLƏLƏRİNƏ XOŞMƏRAMLI MİSSİYALAR DAVAM EDİR.
13-06-2023, 11:48
125

ŞƏHİD AİLƏLƏRİNƏ XOŞMƏRAMLI MİSSİYALAR DAVAM EDİR.

ÖNDERTV.ORG



9-11.06.2023 cü il  tarixində “Ələddin MMC” icraçı direktoru, hüquqşunas, iş xanımı, xeyriyyəçi Arzu xanım  Fərəcova növbəti xoşməramlı missiyasını həyata keçirmişdir. Bu dəfə iş xanımı Arzu  Fərəcovanın təşkilatçılığı 
ilə Xaçmaz rayonunun Nabran qəsəbəsi “Xan Çinar” istirahət mərkəzinə səfər təşkil edilib. 10 şəhid anası və 5 ziyalı xanımın iştirakı ilə 
Şəhid ailələrinin istirahət  etməsi məqsədilə səfər  nəzərdə tutulub.
İstirahətin ilk günündə   istirahət mərkəzinə Xaçmaz rayonu İcra Hakimiyyəti nümayəndələri Şəhid analarımızın görüşünə gəlmişlər.
Səfərin ikinci günündə Şəhid Kapitan Pənahov Əkbərin anası Mayqa ananın doğum günü qeyd edilib.Mayqa anaya doğum günü münasibəti ilə qiymətli hədiyyə təqdim edilib.
Səfər çərçivəsində icra nümayəndələri şəhid analarımızı ziyarət etdikdən sonra növbəti gün “Çənlibel” restoranında Xaçmaz rayonu şəhid ailələri ilə birgə görüş təşkil edilib.
Səfərin sonunda Arzu xanım Fərəcova Şəhid ailələrinə göstərdiyi dəstək və diqqətə görə “MDQ” İB təsisçisi, yazıçı, tarix üzrə fəlsəfə doktoru Dilarə Ağamusa tərəfindən “Heydər Zirvəsi” diplomu ilə təltif edilib.
Şəhid ailələrinə daima diqqət və qayğı göstərdiyi üçün Vətənim Azerbaycandır.az xeber portalı kollektivi Arzu xanıma həyat və yaradıcılıq uğurları arzu edir


ÖNDERTV.ORG

Oxşar xəbərlər