1 iyun-Beynəlxalq Uşaqların Müdafiəsi günüdür.
2-06-2025, 00:28
159

1 iyun-Beynəlxalq Uşaqların Müdafiəsi günüdür.

ONDERTV.ORG

Bayramınız mübarək, əziz uşaqlar! 
 
Bu gün 1 iyun-Uşaqların beynəlxalq Müdafiəsi günüdür. Həyatımıza bayram ab-havası bəxş edən uşaqların bayramıdır bu gün. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir. Ölkəmizdə uşaqların sağlam, hərtərəfli, Vətənə layiqli övladlar kimi böyümələri üçün hər cür şərait yaradılıb.     Azərbaycanda uşaqlarla bağlı siyasətin əsası Ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulub. Məhz həmin illərdə ən məhsuldar və uşaqlarla bağlı problemlərin həllini özündə əks etdirən qanunlar, dövlət proqramları və tədbirlər planı qəbul edilib. Ulu öndərin təşəbbüsü ilə önəmli beynəlxalq konvensiya və protokollar ratifikasiya edilərək qüvvəyə minib.
Prezident İlham Əliyev uşaqların sağlam və firavan böyüməsini, onların rifahının yüksəldilməsini dövlət siyasətinin başlıca vəzifələrindən biri kimi müəyyən edib. Belə ki, ölkə rəhbəri Azərbaycanda uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədi ilə 2009-cu il "Uşaq ili" elan edib. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev dəfələrlə vurğulamışdır: “Uşaqların hüquqları daim müdafiə olunmalıdır. Onların sağlam böyüməsi, təhsili, inkişafı dövlətin əsas vəzifələrindən biridir.” Bu fikirlər ölkəmizin uşaqlara verdiyi dəyərin bariz nümunəsidir. Hər bir dövlət proqramı uşaqların hüquq və maraqlarının müdafiəsi, vahid dövlət uşaq siyasətinin formalaşdırılması, tənzimlənməsi və həyata keçirilməsi, uşaqların fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsinin təmin olunması sahəsində milli konsepsiyanı inkişaf etdirməyə yönəlib. Bu bayram dünyada uşaqların hüquqlarının qorunmasına, onların sağlam, təhsil almış, vətənə yararlı və xoşbəxt böyüməsinə diqqətin artırıldığı bir gündür. Ulu Öndər Heydər Əliyev deyirdi: “Uşaqlar bizim gələcəyimizdir. Biz bu gün elə etməliyik ki, uşaqlar sağlam, bilikli, vətənpərvər ruhda böyüsünlər və gələcəkdə Azərbaycanın inkişafına layiqli töhfələr versinlər.” Bu hikmətli sözlər ölkəmizdə uşaq siyasətinin əsas istiqamətini təşkil edir. Məhz buna görə də dövlətimiz uşaqlara xüsusi qayğı və diqqətlə yanaşır.                                                                                                                                           Əziz uşaqlar! Siz bizim gələcəyimizsiniz. Sizin təmiz qəlbiniz, sevinc dolu baxışlarınız, saf arzularınız bizim üçün ən böyük ümid və dayaqdır. Bu gün siz azad və müstəqil bir ölkədə – Azərbaycan Respublikasında yaşayır və böyüyürsünüz. Bu, sizin üçün böyük xoşbəxtlikdir. 2020-ci ildə Vətən müharibəsində Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə əldə olunan möhtəşəm Qələbə sayəsində siz indi doğma torpaqlarımızda əmin-amanlıq və sülh şəraitində böyüyürsünüz. O torpaqlarda artıq sizin üçün yeni məktəblər, uşaq bağçaları, istirahət və inkişaf mərkəzləri tikilir. Bu, gələcəyimizin necə parlaq olduğunun ən gözəl sübutudur.   
Biz istəyirik ki, hər bir uşaq layiq olduğu qayğını görsün, bütün uşaqlar eyni imkanlara malik olsun, istedad və bacarıqlarını üzə çıxara bilsinlər. İnanırıq ki, siz bu gün layiqli təhsil alaraq, sabah Vətənə sədaqətlə xidmət edəcək, onu daha da gücləndirəcək və inkişaf etdirəcəksiniz.  Əziz balalar, bu gün dünya miqyasında sizin bayramınız qeyd edilir. Siz həmişə gülün, rəngarəng xoşbəxtlik toxumlarını səpələyin ətrafa. Bəli, siz bizim həyatımıza rəng qatan balacavarlıqlarsınız. İşdən evə yorğun gəldiyimizdə birqucaqlamaqla yorğunluğumuzu yaddan çıxaran, kefimiz yaxşı olmayanda kiçik təbəssümünüzləproblemlərimizi unutduran balacalar. Etdiklərinizləhərdən biz böyüklərə nümunə olan, humanistliyi, sevgini öyrədən, paylaşmağın gözəlliyini dərk etdirənqanadsız mələklərsiniz.                    Bayramınmübarək, çiynində çanta dərsə tələsən məktəbli. Bayramın mübarək, əlində çomaq sürünün arxasıncaqaçan balaca. Sənin də bayramın mübarək, valideyni, doğması xalq olan uşaq. Sənin də...  Sənin də... Hamınızın bayramı mübarəkdir. Bayramınızın bir günə sığdığını düşünməyin. Həyatımızda var olduğunuz,  sizi varlığımıza qatdığımız hər gün sizin gününüzdür! Gülümsədiyiniz, xoşbəxt olduğunuz hər gün isə bizimbayramımızdır! Bir zamanlar  uşaq olduğumuzu heç vaxt unutmayaq. Hər bir insan özünün  nə vaxtsa uşaqolduğunu unutmazsa, bu dünya uşaqlar üçün təhlükəliməkana çevrilməz.                                   Ölkəmizdə yaşayan bütün uşaqları Uşaqların Beynəlxalq müdafiəsi günü münasibətilə ürəkdən təbrik edir, onlara səadət, şən həyat, uzun ömür, xoşbəxt gələcək arzulayırıq.
    Qoy həmişə sülh olsun!
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası.
"Hüquq"kafedrasının baş müəllimi,hüquq üzrə fəlsəfə doktoru Musayeva Ulduz Əliyar qızı

Oxşar xəbərlər