
Gündəm
14-06-2025, 10:23
214
Azərbaycanın müasir dövlətçiliyinin memarı Heydər Əliyev təkcə siyasi uzaqgörənliyi ilə deyil, eyni zamanda gənc nəslə olan sonsuz inamı ilə də tarixə adını qızıl hərflərlə yazdırıb.
ONDERTV.ORG
Azərbaycanın müasir dövlətçiliyinin memarı Heydər Əliyev təkcə siyasi uzaqgörənliyi ilə deyil, eyni zamanda gənc nəslə olan sonsuz inamı ilə də tarixə adını qızıl hərflərlə yazdırıb. O, daim deyirdi: “Gənclər bizim gələcəyimizdir.” Bu, sadəcə bir şüar deyildi — dövlət idarəçiliyində, iqtisadi və ictimai həyatda o, bu prinsipə sadiq qalaraq daim gənc kadrları irəli çəkmiş, onlara etimad göstərmişdir.Heydər Əliyevin rəhbərliyi dövründə istedadlı, savadlı və vətənpərvər gənclər,xüsusilə qızlar və qadınlar diqqət və qayğı ilə əhatə olunurdu. O bilirdi ki, müasir dünyanın tələblərinə cavab verə bilən, milli dəyərlərə sadiq kadrlar olmadan heç bir inkişafdan söhbət gedə bilməz. Buna görə də, o, gənclərin xarici ölkələrdə təhsil almasına, ixtisaslı mütəxəssis kimi yetişməsinə geniş şərait yaratmış, onları strateji sahələrdə məsuliyyətli vəzifələrə irəli çəkmişdir.
Bu kadrların arasında olduğum üçün qürur duyuram.
Heydər Əliyevin gənclərə güvənməsi, əslində, Azərbaycanın gələcəyinə olan inamı idi. Bu gün onun siyasi kursunun davamçısı olaraq Prezident İlham Əliyev də bu xətti uğurla davam etdirir, ölkəmizin intellektual potensialına, xüsusilə də gənclərin roluna böyük önəm verir.
Heydər Əliyevin siyasi irsi onu göstərir ki, dövlətin qüdrəti yalnız resurslarında deyil, eyni zamanda savadlı və vətənini sevən insan potensialındadır. O, gənclərə güvənməklə Azərbaycanın sabahına zəmanət verirdi.
"AQRC" İ.B. sədri
Bahar Qasımova