Generalın anası ziyarət olundu
13-08-2022, 00:04
494

Generalın anası ziyarət olundu

Rusiya və Azərbaycan vətənpərvər  ziyalıları ilə  Şəhid General-Mayor Polad Həşimovun ailəsi və  Şəhid  Anası  Səmayə  xanım ilə görüş..
10.08.2022-сi ildə bir qrup ziyalılar, ictimai fəallarla birgə Şəhid General-Mayor Polad Həşimovun evində oldu. Anamız Səmayə ananı, bacımız Kəmalə xanımı ziyarət etdilər..
Ziyalımız, şairə-publisist, Çağdaş Azərbaycan Kültür dərnəyinin Azərbaycan üzrə nümayəndəsi, Rusiya Azərbaycan Qadınlar təşkilatının Azərbaycan üzrə nümayəndəsi Nəsibə xanım İsrafilqızı və xeyriyyəçi Natəvan xanım Şadlinskayanın  dəvəti ilə bu görüş təşkil edildi.. 
Görüşdə Rusiya Azərbaycan Qadınlar təşkilatının sədri Xatirə Qənbərova,  sədr müavini, Sankt-Peterburqda fəaliyyət göstərən "Çinar"  Milli Mədəni Mərkəzinin həmtəsisçisi, sədr müavini Ülviyyə Abbasova, mərkəzin üzvləri, ictimai fəallar Abbasov Cavid və Məhəmməd, xeyriyyəçi vətənpərvər Əliyev Hünər, şair-publisist Fəxrəddin Meydanlı, ziyalı xanım Samirə İsmayılova və "Öndərtv.org"- un Baş Redaktoru Kamran Orucovda iştirak etmişlər.  Dəvətlilər içərisində  44 günlük müharibəyə könüllü olaraq getmiş Biləsuvar Şəhidi Qədirli İsmayılın  Anası Tamella ana da iştirak edirdi.. Generalımızın Anası Səmayə xanım qonaqları  mehribanlıqla  qarşıladı.  Səmimi söhbətindən doymaq olmurdu. Səmayə ana görüş iştitakçılarına generalımızın həyat yolundan, döyüş yolundan bəhs edirdi. Daha sonra Şairə-publisist Nəsibə xanım Nur üzlü Şəhidimiz Polad Həşimov haqqında həsr etdiyi şeiri təqdim etdi.   Xüsusilə Şəhidimizin Anası və ailə üzvüləri ilə birlikdə nümayəndə heyətinə şeiri
Şairə Nəsibə xanım öz canlı səsi ilə dinlətdi. Rusiya Azərbaycan Qadınlar təşkilatının sədri Xatirə xanım qadınlar adından çıxış edərək Səmayə anaya belə oğul böyütdüyünə görə təşəkkür etdi və əvvəlcədən Səmayə Ana  üçün  təşkil olunmuş hədiyyəni təqdim etdi. Görüş iştirakçıları Polad Həşimovun adının  Azərbaycan tarixinə qızıl hərflərlə yazıldığını, daim xalqımızın qəlbində yaşayacağını  çıxışlarında dəfələrlə vurğuladılar.
Şəhidlərimizin ruhu şad, məkanları cənnət olsun.
Ali Baş Komandanımızın dəmir yumruğu altında daima Milli Ordumuz Zəfərlərə imza atacaq..
QARABAĞ AZƏRBAYCANDIR! 
Çinarə Cənnətova.
"ÖNDƏRTV.ORG" 


Oxşar xəbərlər