1iyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür !
3-06-2023, 09:26
54

1iyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür !


ÖNDERTV.ORG

Atan qəhrəman Şəhid, 
    Dərdin var düzüm-düzüm.
      Şəhid övladlarının
      Dərdinə qurban özüm.


Bü gün münasibətilə bütün uşaqları TƏBRİK EDİRİK !  Qeyd etmək lazımdır ki, bütün uşaqlardan fərqli olaraq 44 gün  və eləcədə Vətən müharibəsinin Şəhidlik zirvəsinə ucalan qəhrəmanların övladlarının bu sevgiyə və qayğıya  daha çox ehtiyacları var. İşğaldan azad olunan torpaqlarımız uğrunda canlarını fəda edən Şəhidlərimizin  özlərindən sonra bizə miras qoyduqları körpələrin üzünün gəlməsi üçün  01.06.2023cü il Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə "Gün aydın"- restoranlar şəbəkəsinin qurucusu Güneyt Asan və  Ələddin MMC-nin İcracı direktoru və hüquqşünası, xeyriyyəci iş xanımı Arzu Fərəcova " Şəhid övladları  bizim Vətənimizə Allahın  hədiyyəsidir "-devizi altında böyük bir şənlik təşkil etdi. Şəhid övladlarının və eləcədə Şəhid Uşaqların və Valideyinlərinin sevinməsi və şənlənmələri üçün bütün imkanlarından istifadə etdi. Musiqi sədaları altında rəqs etdilər, şən klounlarla bolluca əyləşdilər, sehrbazların maraqlı nömrələrini izlədilər.Vətənpərvərliyi ilə bir çox iş adamlarından fərqlənən Arzu xanım çıxışında: "Əziz şəhid övladları Yalnız  bu gün deyil, hər zaman siz  Atanızla fəxr edəcəksiniz!Bu bayram sizin üçün hər zaman bir qürur bayramı olacaq! Siz bütün cəmiyyət üçün bir əmanətsiniz. Qürur duyduğumuz Şəhid əmanəti!"- ilə çıxışını davam etdirdi
.

ÖNDERTV.ORG

Oxşar xəbərlər