Azərbaycan ilə Gürcüstan arasında ticarət dövriyyəsi - RƏQƏMLƏR
Bu gün, 13:29
2

Azərbaycan ilə Gürcüstan arasında ticarət dövriyyəsi - RƏQƏMLƏR

ONDERTV.ORG

2025-ci ilin yanvar-may aylarında Azərbaycan ilə Gürcüstan arasında ticarət dövriyyəsinin həcmi 523 milyon dollar təşkil edib.
bu barədə Gürcüstanın Milli Statistika Xidməti məlumat yayıb.
Azərbaycan qonşu ölkənin ümumi ticarət dövriyyəsində 5,3% payla 6-cı ən iri tərəfdaş olub.
Gürcüstan Azərbaycana 282,3 milyon dollarlıq məhsul ixrac edib ki, bu da ötən illə müqayisədə 12,4% artım deməkdir. İdxal isə 2,7% azalaraq 240,6 milyon dollar olub. Azərbaycan, Gürcüstanın ixracında 3-cü, idxalında isə 6-cı yerdə qərarlaşıb.

Oxşar xəbərlər