Qüvvələrinin mayoru, tabor komandiri Şəhid Omarov Aqil Akif oğlunun doğum günu ilə əlaqədar olaraq mövlüd mərasimi təşkil olunmuşdu
11-08-2022, 23:22
279

Qüvvələrinin mayoru, tabor komandiri Şəhid Omarov Aqil Akif oğlunun doğum günu ilə əlaqədar olaraq mövlüd mərasimi təşkil olunmuşdu

ÖNDƏRTV.ORG xəbər verir ki,Qax rayonunda 7 avqust 2022-ci il tarixində Azərbaycan Silahlı Qüvvələrinin mayoru, tabor komandiri Şəhid Omarov Aqil Akif oğlunun doğum günu ilə əlaqədar olaraq mövlüd mərasimi təşkil olunmuşdu.Şəhidin doğum günündə Qax Rayon İcra Hakimiyyətinin humanitar və ictimai-siyasi şöbəsinin müdiri Vəfa Heydərova,YAP Qax Təşkilatının Sədri Natiq Hamısıahverdiyev,Qax Rayon İcra Hakimiyyətində Şəhid Ailələri ilə işin təşkili şöbəsinin müdiri Malik Həmzəyev,”Dünya Ana və Uşaqlar” İctimai Birliyinin Sədri Dünyaxanım Əliyeva, onun müavini Səriyyə Vəlizadə,”Dünya Ana və Uşaqlar” İctimai Birliyinin Qax və Zaqatala rayon təşkilatlarının sədrləri Solmaz Əfəndiyeva, Xanım Nurullayeva, dunyaxeber.org saytının rəhbəri Fərid Sulxayev,Şəhid Anaları və Şəhid Aqil Omarovun doğmaları və yaxınları iştirak edirdilər.

Şəhid Aqil Akif oğlu Omarov 7 avqust 1983-cü ildə Qax rayonunun Lələpaşa kəndində doğulub.30 may 2019-cu ildə səhər saatlarında cəbhənin Ağdam rayonu istiqamətində erməni qüvvələri tərəfindən açılan snayper atəşi nəticəsində şəhidlik zirvəsinə ucalıb.Layiq görüldüyü “Şücaətə görə” medalı ölümündən sonra Şəhid Aqil Omarovun ailəsinə təqdim olunub.
Hamısıah Şəhidimiz Aqil Akif oğlu Omarova və Bütün Şəhidlərimizə rəhmət eləsin.Məkanları cənnət olsun.
Şəhidlər ölməz, Vətən bölünməz!

Oxşar xəbərlər