RƏNA NƏCƏFQIZININ "QARA GÖZLÜ BİLƏRZİK" kitabı  işıq üzü gördü .
16-06-2025, 22:22
696

RƏNA NƏCƏFQIZININ "QARA GÖZLÜ BİLƏRZİK" kitabı işıq üzü gördü .

ONDERTV.ORG

Nəhayət  Azərbaycan   ədəbiyyatında kriminal-detektiv janrda ilk  xanım  yazar olan  RƏNA NƏCƏFQIZININ
"QARA GÖZLÜ BİLƏRZİK" kitabı  işıq üzü gördü . Həyəcan dolu , hər səhifəsi kriminal  hadisələrlə zəngin  romandan  kiçik bir parçanı sizə təqdim edirik .
               *******
Ziyafət zalında itən əşyalarla bağlı səs-küyü eşidən kriminal avtoritet Kolya Bosyak Andreydən şübhələnərək onu yardımçı otağına . çağıtdırdı. 
Andrey otağa girəndə kriminal avtoritet artıq qətlə yetirilmişdi.
O, səsə salmadan həyəcan içərisində  məclisə, İnqanın yanına qayıtmaq istəyirdi ki, Cəbrayıl gizləndiyi pilləkənin altından çıxıb bıçağının arxasıyla bu  çəlimsiz oğlanın başından ağır  bir zərbə endirərək onu yerə sərdi. Huşunu itirmiş Andreyi sürüyüb pilləkənin altına gətirdi. Ciblərindən zinət əşyaları ilə bərabər SSRİ Almaz Fonduna aid "broş" u da götürüb dəhlizin axırına qaçdı. Çölə boylananda gözlərinə inanmadı. On-on iki milis maşını həyəcan işıqlarını işə salıb cərgə ilə dayanmışdı.
 Ətraf DTK- nın əməkdaşları tərəfindən nəzarətə götürülmüşdü. 
 Cəbrayıl vaxt itirmədən iqamətgahın zirzəmisinə endi. Ümumi 
şitə gələn elektrik kabelini dartıb qopardı. Hər tərəf zülmətə qərq oldu. O gəldiyi yolla geri qayıdıb arxa qapıdan çıxmışdı ki, Vladimirlə qarşılaşdı.
 Qalina Brejnevanın, nə də Vladimirin ona bu işdə kömək etməyəcəklərini  yaxşı bilirdi. Başqa bir seçənəyinin qalmadığını görən Cəbrayıl bıçağı yeganə şahidinin ürəyinə sapladı, 
özünü sıx sarmaşıq bürüyən ağcaqayın ağacının arxasına verib gizləndi. Hər tərəf nəzarətə götürülmüşdü. İqamətgahdakı ziyafət iştirakçılarını çölə buraxmırdılar. 
 Qışqırıq səsləri hər yanı götürmüşdü.
 Cəbrayıl əyilə-əyilə ərzaq mağazasının önündə dayanmış çörək maşınının yanına qaçdı. Təkərlərin arxasında gizlənib ətrafa bir daha göz gəzdirdi. İqamətgah qaranlığa qərq olsa da, yol kənarlarındakı iliç lampaları ilə milis maşınlarının işıqları binanın ətrafını aydınlatmışdı.  Cəbrayılın gözləri çörək maşının altındakı kanalizasiya lyukuna sataşdı.  
Sürünə - sürünə ona yaxınlaşdı.
Barmaqlarını dəmir qapağın tininə salıb qaldırmaq istədi. 
Lyukun kip oturmuş qapağını əli ilə aça bilməyəcəyini görüb cibindən bıçağını çıxartdı. Ətrafdakıların diqqətini çəkməsin deyə, çevik bir hərəkətlə qapağı yana sürüşdürüb lyuka atıldı, dəmir qapağı arxasınca çəkərək yerinə oturtdu.
 Cəbrayıl düşdüyü zülmət qaranlıqda özünü itirdi. Kanalizasiyaya girməyinə peşman oldu. Qapağı qaldırıb çıxmaq istəyirdi ki, çörək maşını  hərəkətə gəldi. 
O, məcbur qalıb qaranlıqda əlini divarlara sürtə - sürtə naməlum istiqamətə üz tutdu.

Oxşar xəbərlər