19 May tarixində “Ələddin” MMC - nin və Salyan Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Bakı və Salyan  şəhid analarının görüşü təşkil edilib.
20-05-2023, 19:53
275

19 May tarixində “Ələddin” MMC - nin və Salyan Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Bakı və Salyan şəhid analarının görüşü təşkil edilib.

ÖNDERTV.ORG


19 May tarixində “Ələddin” MMC - nin İcraçı direktoru və hüquqşünası, xeyriyyəçi iş xanımı Arzu Fərəcovanın şəxsi təşəbbüsü və təşkilatçılığı, Salyan Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Bakı şəhəri şəhid analarımız və Salyan rayonu şəhid analarımızın görüşü məqsədi ilə səfər təşkil edilib.

Səfər çərçivəsində Salyan rayon şəhidi Quliyev Kamran Dadaş oğlunun xatirəsinə ucaldılmış bulaq-abidə ziyarət edilib, sonra isə Salyan rayonu şəhidləri xatirə kompleksinə ziyarət təşkil olunub. Daha sonra analarımız üçün təşkil edilmiş tədbir baş tutub.

Tədbir şairə-publisist Nəsibə İsrafilqızının çıxışı ilə açıq elan edilib.Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.İştirakçı analarımız üçün ehsan süfrəsi təşkil edilib.
Tədbirin gedişatında analarımız müxtəlif nominasiyalar ilə təltif ediliblər.Daha sonra analarımıza və iştirakçılara Arzu Fərəcova tərəfindən hədiyyələr təqdim olunub.
Həmçinin, Arzu Fərəcova Uğur yolu TV.az saytının təsisçi baş redaktoru Raziyə Rzayeva tərəfindən “Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi” münasibəti ilə təsis edilmiş döş nişanı ilə təltif olunub.



Qeyd edək ki, tədbir şəhid analarımızın bir-birini tanıması, əlaqələrinin yaranması və mənəvi dəstək məqsədi ilə keçirilib.
Rəsul Dadaşov
ÖNDERTV.ORG

Oxşar xəbərlər