Abşeron rayonunda şəhidlərin doğum günü qeyd edilib
19-07-2022, 00:29
305

Abşeron rayonunda şəhidlərin doğum günü qeyd edilib

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qələbə qazandığı 44 günlük Vətən müharibəsində igidliklə döyüşərək şəhid olan, “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” medallarına layiq görülən Rəhimli Ülvi Rabil oğlunun 20-ci və “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilən şəhid Abbasov Fərrux Azər oğlunun 28-ci doğum günü qeyd edilib.Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və şəhid ailələri rayonun Məmmədli kənd qəbiristanlığında uyuyan şəhidimizin məzarını ziyarət edib, vətənimizin bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi yad edilib, ruhlarına dualar oxunub, məzar üzərinə tər çiçəklər düzülüb.

Ülvi Rəhimlinin keçdiyi döyüş yolundan danışılıb.
Abdin Fərzəliyev daha sonra şəhidimizin ailəsi ilə görüşüb, onların qayğıları ilə maraqlanıb.
İştirakçılar daha sonra şəhid Abbasov Fərrux Azər oğlunun ailəsinə baş çəkib, qayğıları ilə maraqlanıblar.
Şəhid ailələri onlara dövlət səviyyəsində hər zaman böyük diqqət və qayğının göstərildiyini qeyd edərək Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Oxşar xəbərlər