26 İYUN-DÜNYANIN GÜCLÜ ORDULARI SIRASINDA YERLƏŞƏN AZƏRBAYCAN SİLAHLI QÜVVƏLƏRİNİN YARANMASI GÜNÜDÜR
Bu gün, 17:19
7

26 İYUN-DÜNYANIN GÜCLÜ ORDULARI SIRASINDA YERLƏŞƏN AZƏRBAYCAN SİLAHLI QÜVVƏLƏRİNİN YARANMASI GÜNÜDÜR

ONDERTV.ORG


Müstəqilliyimizin ilk illərində mövcud ictimai-siyasi gərginlik digər sahələrdə olduğu kimi, ordu quruculuğu istiqamətində də uğursuzluqlara səbəb olmuşdu. Həmin dövrdə silahlı qüvvələrin torpaqlarımızın deyil, ayrı-ayrı qrupların maraqlarının müdafiəçisinə çevrilməsi məlum olaylardandır. 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı bu sahədə də mövcud vəziyyətin yaxşılaşdırılmasına, ordunun maddi-texniki bazasının formalaşdırılmasına, gənclərdə vətənpərvərlik hissinin daha da yüksəlməsinə böyük stimul oldu. Ümummilli lider Heydər Əliyev bildirirdi: «Bizim məqsədimiz müharibə etmək deyil. Ordumuzun yaranması, formalaşması, möhkəmlənməsi yalnız və yalnız Azərbaycan Respublikasının müstəqilliyini, ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını təmin etmək üçün lazımdır. Biz düşdüyümüz vəziyyətdən sülh yolu ilə çıxmaq istəyirik.» 1994-cü il mayın 12-də dahi şəxsiyyət Heydər Əliyevin böyük səyləri nəticəsində Ermənistanla atəşkəs sazişinin imzalanması bir daha ölkəmizin sülh siyasətinə sadiqliyini dünyaya nümayiş etdirdi. Məsələnin danışıqlar yolu ilə həllində maraqlı olduğunu bəyan edən rəsmi Bakı, eyni zamanda, müstəqilliyimizin, dövlətçiliyimizin qarantı kimi ordunun möhkəmlənməsini prioritet məsələ kimi öndə saxlayır.
26 İyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü ölkəmizdə xüsusi önəm daşıyır. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ilk ordu quruculuğu prosesi başlandı. Həmin gün Azərbaycan Xalq Cümhuriyyətinin qərarı ilə Milli Ordunun yaradılmasına başlanıldı. Bu mühüm hadisə 1992-ci ildən etibarən rəsmi şəkildə qeyd olunmağa başladı. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 1998-ci ildə imzaladığı sərəncamla 26 iyun Silahlı Qüvvələr Günü elan olundu. Bu gün ölkəmizdə hərbi gücün və milli təhlükəsizliyin rəmzi kimi qeyd olunur. Azərbaycan Ordusu zaman keçdikcə böyük inkişaf yolu keçib. Ordu quruculuğu daim dövlət siyasətinin əsas istiqamətlərindən biri olub. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu güclənib. Silahlı Qüvvələrimiz müasir silahlarla təchiz olunub. Peşəkar kadrlar və hərbi təlimlər ordumuzun döyüş qabiliyyətini artırıb. Orduda vətənpərvərlik ruhu yüksək səviyyədədir. Hərbi hissələrdə intizam, nizam-intizam və məsuliyyət ön plandadır.                                                                                  2020-ci ildə 44 günlük Vətən müharibəsi Azərbaycan Ordusunun gücünü bütün dünyaya nümayiş etdirdi. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımız azad edildi. Bu Zəfər xalq-ordu birliyinin və qəhrəmanlığın təntənəsi oldu. Silahlı Qüvvələrimizin Vətən müharibəsində göstərdiyi şücaət tarixə qızıl hərflərlə yazıldı. Azərbaycan əsgəri öz torpağı, bayrağı, suverenliyi uğrunda canından keçməyə hazır olduğunu sübut etdi. Hazırda ordumuzda texniki-modernləşmə və yüksək texnologiyaların tətbiqi davam etdirilir. Müdafiə sənayesində əldə olunan nailiyyətlər orduya əlavə güc verir. Azərbaycan regionda güclü orduya malik ölkələrdən biridir. Silahlı Qüvvələr yalnız müdafiə deyil, həm də sülh və sabitliyin təminatçısıdır. Ordumuz beynəlxalq sülhməramlı missiyalarda da iştirak edir. Hərbi təhsil sahəsində də böyük irəliləyişlər əldə olunub. Ali hərbi məktəblərimiz peşəkar zabitlər yetişdirir. Azərbaycan əsgəri hər zaman xalqının etimadını doğruldur. Xalqımız Silahlı Qüvvələrinə böyük inam və sevgi bəsləyir. Azərbaycan Ordusu təkcə güclü silahla deyil, həm də milli ruhla güclüdür. Ordumuzun əsas dayağı xalqın sevgisi və dəstəyidir. Bu birlik və həmrəylik Silahlı Qüvvələrin gücünü daha da artırır. Dövlətimiz ordu quruculuğuna davamlı investisiya yatırır. Hərbi əməkdaşlıq beynəlxalq səviyyədə də inkişaf edir. 44 günlük müharibə göstərdi ki, Azərbaycan əsgəri yenilməzdir. Ulu Öndərin hakimiyyəti dövründə formalaşdırılmış Milli Ordumuzun keçdiyi döyüş yolunun zirvəsində Vətən müharibəsində qazanılmış möhtəşəm Qarabağ Zəfəri dayanır. Qəhrəman zabit və əsgərlərimiz Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə cəmi 44 gündə 30 illik işğala son qoyaraq Azərbaycanı qalib ölkəyə çevirdi. O gün Silahlı Qüvvələrimiz bütün dünyanın suveren Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıdığı Qarabağı və ətraf rayonları düşmən işğalından azad etmək üçün müqəddəs döyüşə başladı. Düşmən tapdağında qalan el-obamızı kafir caynağından qurtarmaq, üçrəngli müqəddəs bayrağımızı azad olunmuş yaşayış məntəqələrində asmaq üçün başlayan bu yürüş hamının ürəyindən soraq verdi. 44 günlük azadlıq mübarizəmizdə şəhid adını qazanan çoxsaylı igidlərimiz oldu.  Onlar olmasa idi heç şübhəsiz, biz bu tarixi yaza bilməzdik. Heç şübhəsiz, onlar bizim vuran əlimiz, döyünən ruhumuz, bu qələbənin ən əsas memarlarıdırlar. Məhz  igidlərimizin şücaəti, dönməzliyi, müzəffərliyi idi bizə bu qələbəni yaşadan. Öz qanını VƏTƏN TORPAĞI-Qarabağ uğrunda Vətən  torpağında –Qarabağda axıdan bu igidlərdir, sözsüz, bizə bu qürur dolu anları yaşadan. Məhz onlar idilər bir əlində silah,  bir əlində bayraq öz sinəsini düşmənə sipər edənlər. Biz isti yuvamızda rahat yataq deyə gecə-gündüz bilməyib, yuxu nədir bilməyib döyüşənlər, yatmayanlar, gələcəkdə körpələrimiz analarını gözüyaşlı qoymasın deyə öz analarını gözüyaşlı qoyanlar.  Bəli, məhz igid  qəhrəmanlar idi həmin qəhrəmanlar, bunu bütün dünyaya sübut edənlər. Rəşadətli Azərbaycan Ordusu 44 gün davam edən İkinci Qarabağ müharibəsində Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə müasir hərb tarixində nümunə göstəriləcək əsl qəhrəmanlıq dastanı yazdı. Böyük Qələbə qazanan Azərbaycanın igid övladları işğalçı Ermənistan ordusunu 44 gün ərzində darmadağın edərək düşmənə layiqli yerini göstərdi. İgid Vətən oğulları döyüşdə göstərdikləri qəhrəmanlıqlarla sübut etdilər ki, “Qarabağ Azərbaycandır!”, “Qarabağ bizimdir!”.
Doğma torpaqlarımız uğrunda son damla qanına qədər vuruşaraq əsl qəhrəmanlıq nümunəsi göstərən  qəhrəman oğullarımızla nəinki doğulduğu el-oba, eləcə də bütöv Azərbaycan fəxr edir, hər bir azərbaycanlı qürur duyur.
Qəhrəman əsgərlərimiz Vətən torpağını canları bahasına qorudular. Şuşa şəhərinin azad olunması Zəfərimizin zirvəsi oldu. Bu Qələbə xalqımızın ruh yüksəkliyinin göstəricisidir. Hər bir vətəndaş bu Zəfərlə qürur duyur.  Silahlı Qüvvələrimiz daim təkmilləşir və inkişaf edir. Qəhrəman əsgərlərimiz Azərbaycanın müstəqilliyinin qoruyucularıdır. 26 İyun- bu gün qəhrəmanların və bütöv xalqın bayramıdır. Bu gün orduya və əsgərə dəyərin bir daha ifadə olunduğu gündür. Budəfəki Silahlı Qüvvələr Gününü suverenliyimiz və ərazi bütövlüyümüzün bərpasında misilsiz xidmətləri olan qalib Ordumuzun timsalında qeyd edilməsi xüsusi əhvali-ruhiyyə yaradır. İşğaldan azad olunmuş ərazilərdə rəşadətli Azərbaycan Ordusu öz mövqelərini indi daha da möhkəmləndirməklə, bərpa-quruculuq işlərinin ən yüksək səviyyədə həyata keçirilməsinə layiqli töhfələrini verir.
Bütün bunlar göstərir ki, Azərbaycan Ordusunun şəxsi heyəti döyüş və mənəvi-psixoloji hazırlığını daha da artıraraq Ali Baş Komandanın əmr və tapşırıqlarını bundan sonra da ən yüksək səviyyədə yerinə yetirəcək. Azərbaycan xalqı ona Qələbə sevinci yaşatmış rəşadətli Ordusu və Müzəffər Ali Baş Komandanı ilə qürur duyur, yeni uğurlar və qələbələr gözləyir.
 
Azərbaycanın Silahlı Qüvvələri daim xalqın şərəfini və qeyrətini qoruyur. Onların fədakarlığı hər bir vətəndaş üçün qürur mənbəyidir. Bu gün Silahlı Qüvvələr Gününü məhz bu uğurumuzun-torpaqlarımızın işğaldan azad olunmasının sevincini yaşayaraq qeyd edirik. Hər bir bayram tədbiri əldə olunan uğurlarla bağlı bir ümumiləşdirmə aparmağı, qarşıdakı dövr üçün prioritetləri açıqlamağı bir zərurətə çevirir. 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə bütün xalqımızı, hərbçiləri təbrik edirəm. bu gün hər bir azərbaycanlının qürur günüdür. Beş il əvvəl ağlagəlməz bir döyüş taktikası ilə torpaqlarımızı azad edən ordunu təbrik edir, müharibə veterenları, qazi, şəhidləri daim qürurla yad edirik. Sərhədləri qoruyan əsgər-zabit heyətinin qarşsıında baş əyirəm.  Qoy, bayrağımız daim yüksəklərdə dalğalansın. Qoy, ordumuz daim güclü və qüdrətli olsun. Qarabağ Azərbaycandır! Yaşasın Azərbaycan Ordusu! Yaşasın Azərbaycan!

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası.

“Hüquq” kafedrasının baş müəllimi, hüquq üzrə fəlsəfə doktoru Misayeva Ulduz Əliyar qızı

Oxşar xəbərlər