Çexiya parlamentinin sədri Şəhidlər və Fəxri xiyabanı ziyarət edib
1-02-2024, 16:35
54

Çexiya parlamentinin sədri Şəhidlər və Fəxri xiyabanı ziyarət edib

ÖNDERTV.ORG

Çex Respublikası parlamentinin Deputatlar Palatasının sədri Marketa Pekarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti Bakıda Fəxri xiyabanı ziyarət edib.

ÖNDERTV.ORG xəbər verir ki, nümayəndə heyəti Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyub.
Parlamentarilər, həmçinin Şəhidlər xiyabanını ziyarət edərək, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad etmiş, məzarları üzərinə tər çiçəklər, “Əbədi məşəl” abidəsi önünə əklil qoyublar.

Oxşar xəbərlər