KEYFİYYƏTLİ TƏHSİL VƏ AZƏRBAYCANDA KEÇİRİLƏN TƏHSİL SƏRGİLƏRİ
22-04-2024, 21:26
215

KEYFİYYƏTLİ TƏHSİL VƏ AZƏRBAYCANDA KEÇİRİLƏN TƏHSİL SƏRGİLƏRİ


“Hər bir fərdin keyfiyyətli təhsil almaq şansı olmalıdır”. Bu dəyərli sözlərin müəllifi Bill Frist-dir. Bəs keyfiyyətli təhsil nədir? Hər kəs üçün aktual olan bir sualdır desək yanılmarıq.
Ümumiyyətlə, təhsil insana aiddir: emosional, fiziki və əqli qabiliyyətlərin müəyyən edilmiş məqsədə uyğun inkişafıdır. Bilik əldə etmək və davranışlarını təkmilləşdirmək üçün atılan bütün addımlar təlimə daxildir.
Təhsil sərgiləri, xüsusilə də beynəlxalq təhsil sərgiləri, tələbələr və valideynlər üçün çox faydalı ola bilər. Bu sərgilər, təhsil müəssisələri ilə birbaşa əlaqə qurmaq, proqramlar və təhsil haqqında məlumat almaq, həmçinin təhsil müəssisələrinin təklif etdiyi endirimlər və təqaüdlər haqqında məlumat əldə etmək imkanı yaradır.
Öndərtv.org-un təsisçisi və baş redaktoru Kamran Orucov, Zəka oyunları mərkəzinin rəhbəri Xəyalə Nuşirəvanova ilə birlikdə Bakıda təşkil olunan Türkiyə Universitetləri təhsil sərgisində iştirak ediblər.
          Növbəti belə sərgilərdən biri də Hilton Bakı oteldə Unitercih, EKET FUARCILIK, EKA VİSİON və EDDE GLOBAL təhsil mərkəzlərinin birgə təşkil etdiyi təhsil sərgisi idi. Türkiyənin dünya səviyyəsində məşhur olan universitetlərinin sərgidə iştirakı və sərgiyə gələnlərin marağı bizləri sevindirdi.
          Sərgini gəzən zaman bir neçə Türkiyə universitetlərinin və təhsil mərkəzlərinin rəsmi nümayəndələri yaxından tanış olub, söhbət etmək imkanıda oldu.
          İstanbul Nişantaşı Universitetinin baş katibi (Genel sekreter), Fənərbaxça klubunun konqresmeni, Erenköy kolleclərinin qurucusu Əhmət Süngəriçlioğlunun İstanbul Nişantaşı Universitetinin masasına yaxınlaşan hər kəslə bir-bir maraqlanıb yorulmadan verilən sualları cavablandırması təhsilə və Azərbaycana verdiyi dəyərin bir göstəricisidir deyərdik.
          Ankara Bilim Universitetinin idarə heyyətinin nümayəndələri ilə yaxından söhbət zamanı keyfiyyətli təhsil və müasir dünyamızın inkişafındakı yeniliklərdən də bəhs etdik. Hər iki ölkənin təhsil sistemində olan oxşar və fərqli cəhətlərdən danışarkən əslində milli soy kökümüzün verdiyi birliyin təhsilə yansıdığının şahidi olduq.
          Sərgidə bir çox təhsil mərkəzləridə iştirak edirdi. Edde global və Eka vision təhsil mərkəzlərinin Azərbaycanlı abuturiyent və tələbələr, bir sözlə gənclər üçün yaratdığı xaricdə təhsil, xarici universitetlərə imtahan prosesləri ilə yaxından tanış olduq.
          

 
          

Oxşar xəbərlər