“Robert Fitsonun fikirləri İlham Əliyev şəxsiyyətinə və siyasətinə ölkə xaricindən verilən dəyərdir” - RƏY
8-05-2024, 21:57
199

“Robert Fitsonun fikirləri İlham Əliyev şəxsiyyətinə və siyasətinə ölkə xaricindən verilən dəyərdir” - RƏY

ÖNDERTV.ORG


Milli Məclisin deputatı Azər Badamov Slovakiyanın Baş naziri Robert Fitsonun mayın 7-də Prezident İlham Əliyev ilə mətbuata bəyanatında Azərbaycan lideri haqda səsləndirdiyi fikirlərin dövlət başçımızın siyasətinə və şəxsiyyətinə ölkə xaricindən verilən dəyər olduğunu deyib.
Deputat açıqlamasında qeyd edib ki, Slovakiyanın baş naziri Avropa İttifaqının (Aİ) bəzi liderlərindən fərqli olaraq obyektiv biridir.
Parlamentarinin sözlərinə görə, R.Fitso Aİ-də baş verən ikili standartlı prosesləri düzgün dəyərləndirir və Azərbaycan dövlət başçısının apardığı müstəqil siyasətinin uğurlu olduğunu xüsusilə vurğulayır:
“Slovakiyanın baş naziri Azərbaycana səfəri çərçivəsində Prezident İlham Əliyevlə keçirdiyi təkbətək görüşdə ölkə başçımızın Azərbaycan üçün önəmli və praqmatik şəxsiyyət olduğunu, o cümlədən apardığı çoxşaxəli beynəlxalq siyasətin uğurlu olduğuna bir daha əmin oldu”.
Deputat əlavə edib ki, hətta baş nazir Aİ-nin müstəqil siyasət apara bilməməsinə toxunaraq Azərbaycan və Slovakiya bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunduğunu bildirib:


“Prezident İlham Əliyevin ədalətsizliyə qarşı sinə gəlməsini və beynəlxalq hüquqa hörmətlə yanaşdığını ifadə edən baş nazir ölkə başçımızın yanaşmasını Slovakiyada tətbiq etməyə çalışacağını qeyd edib. Təbii ki, bu ölkə başçımızın siyasətinə və şəxsiyyətinə ölkə xaricindən verilən dəyərdir. Yəni, bu dəyər dövlət başçımızın siyasi portretini açır. Bu gün Azərbaycan müstəqil siyasət yürüdən və özünün dəyişilməz mövqeyini ortaya qoyan çox az ölkələrdən biridir”.
A.Badamov vurğulayıb ki, Prezident İlham Əliyevin sözü imzası qədər etibarlıdır:
“Ona görə də xarici tərəfdaşlar Azərbaycanla əməkdaşlıq etməkdən məmnundurlar. Slovakiya Azərbaycan arasında iqtisadi əlaqələr çox geniş olmasa da baş nazirin ölkəmizə səfəri çərçivəsində imzalanan sənədlərlə inkişaf edəcək. Azərbaycan Slovakiyaya qaz ixrac edəcək, o cümlədən qarşılıqlı investisiyalar yatırılacaq və birgə layihələr icra olunacaq. Həm də Slovakiya Qarabağda aparılan yenidənqurma və bərpa işlərində yaxından iştirak edəcəkdir. Bu, ölkələrimizi daha da yaxınlaşdıracaq və Avropa İttifaqında dostlarımızın sayının artmasına və mövqelərimizin möhkəmlənməsinə xidmət edəcək”.

Oxşar xəbərlər