Londonda beynəlxalq festivalda Azərbaycanın milli rəqsi coşqu ilə qarşılanıb - FOTO
21-04-2024, 17:26
307

Londonda beynəlxalq festivalda Azərbaycanın milli rəqsi coşqu ilə qarşılanıb - FOTO

ÖNDERTV.ORG

London şəhərinin əsas meydanı olan Trafalqar meydanında London meriyası tərəfindən hər il ənənəvi olaraq keçirilən və Ramazan bayramına həsr olunmuş festival təşkil olunub.
Azərbaycanın Britaniyadakı Səfirliyindən  bildirilib ki, tədbirdə müxtəlif xalqların nümayəndələri öz mədəniyyət nümunələrini təqdim ediblər.
Festivalda Azərbaycanı peşəkar xoreoqraf və Britaniyada fəaliyyət göstərən Azərbaycan rəqsləri məktəbinin təsisçisi Səkinə Muxtarlı təmsil edib.
Onun nümayiş etdirdiyi “Tərəkəmə” milli rəqsi minlərlə tamaşaçı tərəfindən böyük coşqu ilə qarşılanıb.
Tədbiri işıqlandıran Britaniya mediası Azərbaycan milli geyimində rəqs edən Səkinə Muxtarlının fotosunu festivalla bağlı xəbərin manşet fotosu kimi təqdim edib.


Oxşar xəbərlər