AKADEMİK  RƏFİQƏ ƏLİYEVANIN  XATİRƏSİ  ANILIB.
7-05-2024, 08:19
254

AKADEMİK RƏFİQƏ ƏLİYEVANIN XATİRƏSİ ANILIB.

ÖNDERTV.ORG

6MAY 2024CÜ il tarixində Azərbaycan Sahibkar Qadınlar İctimai Birliyinin sədri Zemfira xanım Ağayevanın  rəhbərliyi ilə bir qrup sahibkar və ziyalı xanımlar,yazarlar Azərbaycanın elm tarixində analitik kimya ixtisası üzrə ilk və yeganə akademik kimi xatırlanan Rəfiqə Əliyevanın  fəxri xiyabanda məzarını ziyarət edib, məzarı üstünə cicəklər qoyuldu dualar oxundu.Görkəmli alim, Rəfiqə Əlirza qızı Əliyeva onu tanıyanların yaddaşında əsl Azərbaycan qadını,elm fədaisi və humanist qəlbli insan kimi yaşayır,işıqlıxatirəsi daimi ehtiramla anılır.İnsanın həyatda qazandığı əsl zənginlik özü haqqında yaddaşlarda oyatdığı xoş təəssüratlar,xatirələrdir. Əgər insan xatırlanırsa,deməli yaşayır.Rəfiqə xanımın xatirəsi  daimi yaşayacaq və əziz tutulacaq.RƏFİQƏ ƏLİYEVANIN yüksək ixtisaslı kadrlar hazırlanmasında böyül və danılmaz xidmətləri olub. Ruhunuz şad ,məkanınız cənnət olsun

Oxşar xəbərlər