TDT müsəlman dini liderləri Fəxri və Şəhidlər xiyabanlarını ziyarət ediblər - FOTO
19-10-2022, 11:28
71

TDT müsəlman dini liderləri Fəxri və Şəhidlər xiyabanlarını ziyarət ediblər - FOTO

Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini liderləri Fəxri xiyabanı ziyarət ediblər.
Nümayəndə heyəti Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da məzarı üzərinə güllər düzülüb.
Sonra Şəhidlər xiyabanına və Türk şəhidliyinə gedən din xadimləri ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad ediblər.




ÖNDERTV.ORG


Oxşar xəbərlər