Qazaxıstan prezidenti: “Azərbaycan-Ermənistan sülh sazişinin tezliklə imzalanmasında maraqlıyıq”
13-04-2024, 15:35
198

Qazaxıstan prezidenti: “Azərbaycan-Ermənistan sülh sazişinin tezliklə imzalanmasında maraqlıyıq”

ÖNDERTV.ORG



Qazaxıstan Ermənistanla Azərbaycan arasında problemə biganə qalmır və iki dövlət arasında sülh sazişinin tezliklə imzalanmasında maraqlıdır.
Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev aprelin 15-nə planlaşdırılan İrəvana səfəri ərəfəsində “Armenpress” agentliyinə müsahibəsində deyib.
O bildirib ki, İrəvanla Bakı arasında möhkəm və uzunmüddətli sülhün bərqərar olması Qazaxıstanın maraqlarına cavab verir.
“Qazaxıstan sülhməramlı təşəbbüslərin dəstəkçisi kimi regionumuzun dinc və sabit inkişafına yönəlmiş istənilən səyləri dəstəkləməyə hazırdır”, - deyə vurğulayıb.
Xatırladaq ki, aprelin 15-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ermənistana səfər edəcək.
Səfər zamanı onun Ermənistanın baş naziri Nikol Paşinyan və prezident Vaaqn Xaçaturyanla görüşü nəzərdə tutulub.

Oxşar xəbərlər