Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur
4-05-2024, 22:57
91

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

ÖNDERTV.ORG

Oyunçulardan razı qaldım. Amma daha yaxşı ola bilərdik. Bəzi səhvlərimiz oldu.

ÖNDERTV.ORG xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XXXIII turunda doğma meydanda "Neftçi"ni 5:0 hesabı ilə məğlub etdikləri görüşdən sonra təşkil olunan mətbuat konfransında deyib.

Futbolçularının “Neftçi" ilə matça fərqli hazırlaşdıqlarını bildirən Qurban Qurbanov vurğulayıb: "Bəlkə də mən "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm. Çünki onlar bu cür matçlara fərqli yanaşırlar. Məğlubiyyətə baxmayaraq, "ağ-qaralar" böyük klubdur. Hər bir komandanın eniş dövrü olur. Biz də buna hazırlaşmalıyıq".
"Qarabağ"ın baş məşqçisi Toral Bayramovun birinci hissədəki oyunundan razı qalmadığını diqqətə çatdırıb.

Oxşar xəbərlər