Nazir 132 vətəndaşı qəbul etdi
17-04-2023, 22:23
61

Nazir 132 vətəndaşı qəbul etdi


ÖNDERTV.ORG
Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov aprelin 17-də Sabirabadda vətəndaş qəbulu keçirib.

DİN-in Mətbuat xidmətindən "Qafqazinfo"ya bildirilib ki, nazir Rayon Polis Şöbəsinin binasında İmişli, Beyləqan, Füzuli, Xocavənd, Saatlı və Sabirabad rayonlarından qəbula gələn 132 vətəndaşın müraciətini dinləyib.

Vətəndaşların problemlərinin həlli üçün Nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib. Müraciətlərin əksəriyyəti yerindəcə həll edilib.



ÖNDERTV.ORG


Oxşar xəbərlər