Nazir qəbul keçirəcək
22-11-2022, 13:42
182

Nazir qəbul keçirəcək

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən 25 noyabrda Gəncə şəhərində, Nazirliyin Gəncə Regional Mərkəzinin inzibati binasında saat 11:00-dan Gəncə şəhəri, Samux və Kəlbəcər rayonları sakinlərinin qəbulu keçiriləcək.
ÖNDERTV.ORG  xəbər verir ki, qəbula gələn vətəndaşların qeydiyyatı 24 noyabrda Gəncə Regional Mərkəzinin inzibati binasında saat 09:00-da başlayacaq.
Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.
Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.
Əlaqə: tel: +994 (12) 512-01-14
e-mail: [email protected]




ÖNDERTV.ORG 

Oxşar xəbərlər