AMEA Mərkəzi Elmi Kitabxanasında Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş, Bişkekdə Azərbaycan və rus dillərində nəşr edilmiş “Türk dünyasının dahi şəxsiyyəti” (Velikaya liçnost Tyurkskoqo mira) kitabının təqdimatı olmuşdur.
8-03-2024, 08:28
91

AMEA Mərkəzi Elmi Kitabxanasında Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş, Bişkekdə Azərbaycan və rus dillərində nəşr edilmiş “Türk dünyasının dahi şəxsiyyəti” (Velikaya liçnost Tyurkskoqo mira) kitabının təqdimatı olmuşdur.

ÖNDERTV.ORG


Bu gün, mart ayının 6-da AMEA Mərkəzi Elmi Kitabxanasında Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş, Bişkekdə Azərbaycan və rus dillərində nəşr edilmiş “Türk dünyasının dahi şəxsiyyəti” (Velikaya liçnost Tyurkskoqo mira) kitabının təqdimatı olmuşdur.



Tədbirdə Qırğızıstanın ölkəmizdəki səfiri Kayrat Osmonaliyev, akademiklər Yaqub Mahmudov, Nizami Cəfərov və digərləri çıxış edərək kitab haqqında fikirlərini bölüşmüşlər. Mədəniyyət Nazirliyinin məsul işçisi Məryəm Qafarzadə, Azərbaycan Diaspor Komitəsinin məsul əməkdaşı Rəşad Məmmədov və digər məsul şəxslər təqdimatda işttrak etmişlər.  Qeyd olunmuşdur  ki, “Türk dünyasının dahi şəxsiyyəti” kitabının işıq üzü görməsi Azərbaycan xalqının böyük oğlu Heydər Əliyev tərəfindən əsası qoyulan Qırğızıstan-Azərbaycan mədəni əlaqələrinin uğurlarını tərənnüm edən mühüm hadisədir. Bu kitab Azərbaycan, türk və qırğız alimlərinin Heydər Əliyevin həyat və fəaliyyətinə həsr etdikləri məqalələr toplusundan ibarətdir. Topluya daxil olan məqalələr iki hissədən ibarətdir. Birinci hissəyə Heydər Əliyevi görkəmli dövlət xadimi və müasir Azərbaycanın banisi kimi səciyyələndirən məqalələr daxildir. Məqalələrin ikinci hissəsi isə Ümummilli Lider  Heydər Əliyevin Azərbaycan xalqının mədəniyyətinin, təhsilinin, ədəbiyyatının inkişafı, mədəni irsinin qorunması və təbliği sahəsindəki fəaliyyətinə həsr olunub.
Qeyd edək ki təqdim edilən  kitab Qırğızıstanda fəaliyyət göstərən Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun sifarişi ilə Bişkekdə Azərbaycan və rus dillərində nəşr olunmuşdur. Fondun Prezidenti Nüsrət Məmmədov adı çəkilən kitabın təqdimatını Bişkek şəhərində yüksək dövlət nümayəndələrinin iştirakı ilə  təqdimatını keçirmişdir.  Kitabın redaktoru sənətşünaslıq üzrə fəlsəfə doktoru Sehranə Kasimidır.
Tədbir bədii hissə ilə davam edib. Bədii hissədə Respublikanın xalq artisti Gülyaz Məmmədova, əməkdar Artist Elza Seyidcahan, gənc aşıq Elçin Rəşidoğlu Leyla xanım Əliyevanın sözlərinə Sənətşünaslıq doktoru Abbasqulu Nəcəfzadənin bəstələdiyi İssık Kul mahnısını müxtəlif dillərdə ifa etmişlər. 
Gənc müğənni Çilenay Hüseynovanın ifasında səslənən “Sən uca zirvəsən” mahnısı alqışlarla qarşılanmışdır.


Oxşar xəbərlər