Mustafa Kamal Atatürkün anadan olmasının 142-ci ildönümünə həsr olunmuş beynəlxalq simpozium
19-05-2023, 21:23
106

Mustafa Kamal Atatürkün anadan olmasının 142-ci ildönümünə həsr olunmuş beynəlxalq simpozium

ÖNDERTV.ORG

   Azərbaycanda Atatürk Mərkəzi və İKSAD-ın təşkilatçılığı ilə Mustafa Kamal Atatürkün anadan olmasının 142-ci ildönümünə həsr olunmuş 3-cü beynəlxalq simpozium keçirilmişdir. Simpoziumda İKSAD-ın baş direktoru professor Mustafa Latif Emek, İKSAD-ın Azərbaycan üzrə direktoru fil.ü.f.d. Əlvan Cəfərov, Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi filologiya elmləri doktoru, dosent Mərziyyə Nəcəfova, AMEA Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Seyranə Kasimi, Ankara Böyükşəhər Bələdiyyəsinin Qadın və ailə xidmətləri şöbəsinin müdiri dr. Serkan Yorğanlılar, Gaziantep Universitetinin konfransların keçirilməsi üzrə təşkilat komitəsinin sədri dos. Ayşe Erkmen, Qazi Universitetinin professoru Mustafa Karaağaçlı və digər qonaqlar iştirak etmişlər. Mustafa Kamal Atatürkün Türkiyə Cümhuriyyətini milli dövlətə çevirmək istiqamətində həyata keçirdiyi siyasi, hüquqi, mədəni, sosial və iqtisadi islahatlar, türk dilinin inkişafı və ümumxalq dilinə çevrilməsində, beynəlxalq əlaqələrin genişləndirilməsi fonunda məqsədyönlü daxili və xarici siyasətin formalaşdırılmasında rolu, əbədiyyatda Atatürk obrazı və s. mövzuların müzakirə olunduğu simpoziumda prof. Sevinc Əliyeva “Atatürk Türk Dil Qurumunun hamisi kimi” adlı məruzə ilə çıxış etmişdir. Tədbir çərçivəsində Azərbaycan dilinin beynəlxalq aləmdə nüfuzunun yüksəldilməsi və tətbiqi işinə verdiyi töhfəyə görə Mustafa Latif Emek və Əlvan Cəfərov Monitorinq Mərkəzinin Fəxri fərmanları ilə təltif edilmişlər.
   Sonra qonaqlar Monitorinq Mərkəzinin qonağı olmuş, xatirə şəkilləri çəkilmişdir.



ÖNDERTV.ORG

Oxşar xəbərlər