Ulu öndərimizin 100 illik yubileyinə həsr olunmuş "XALQA BAĞIŞLANMIŞ ÖMÜRDƏN ANLAR" konfransı keçirilib - FOTO
13-03-2023, 10:59
333

Ulu öndərimizin 100 illik yubileyinə həsr olunmuş "XALQA BAĞIŞLANMIŞ ÖMÜRDƏN ANLAR" konfransı keçirilib - FOTO

ÖNDERTV.ORG


Bu gün ( 11.03.2023 ) Bişkekdə fəaliyyət göstərən TÜRKDİLLİ DÖVLƏTLƏRIN SIYASƏTINƏ DƏSTƏK FONDUNUN təşkilatçılığı , Gəncə Şəhər MKS - nin 24 saylı kitabxana filialının moderatorluğu ilə Ulu öndərimizin 100 illik yubileyinə həsr olunmuş "XALQA BAĞIŞLANMIŞ ÖMÜRDƏN ANLAR " mövzusunda möhtəşəm Beynəlxalq elmi- nəzəri konfrans  ( onlayn) keçirildi.
        Konfransda 11 ölkədən 40- yaxın  görkəmli dövlət, elm, mədəniyyət və ictimai-siyasi xadimlər iştirak və çıxış etdi.
     TDSDF-nun prezidenti NÜSRƏT MƏMMƏDOVUN giriş sözündən sonra Heydər Əliyev və Çingiz Aytmatova həsr olunmuş tanınmış rejissor Qriqori Naxapetovun müəllifi olduğu "Planet ilə dialoq " adlı sənədli filimdən 3 dəqiqəlik fraqment nümayiş etdirildi. Daha sonra Türkiyədəki zəlzələnin episentri olan  Xatay şəhərindən videokonfransa qoşulan  TÜRK SOYun Baş Katibi Sultan Raev Ulu Öndər Heydər Əliyev haqqında xatirələrini danışdı. Qazaxıstanın və Qırğızıstanın xalq şairi, Qazaxıstanın Milli qəhrəmanı, Nobel medalı mükafatı laureatı Muxtar Şaxanov, xalq yazıçısı Çingiz Abdullayev, akademik Nizami Cəfərov, akademik Yaqub Mahmudov, Qırğızıstanın Milli qəhrəmanı, 1994 cü il Bişkek protokolunun müəllifi Qırğızıstan Parlamentinin o vaxtkı spikeri Medetkan Şerimkulov,  Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova , Azərbaycan Sahibkar Qadınlar Birliyinin sədri Zemfira Ağayeva, Diasporla iş üzrə Dövlət komitəsinin məsul əməkdaşı Şəfəq Binnətova, İstanbul İqtisadiyyat Universitetinin professoru Kerem Karabulut, Moskva Dövlət Universitetinin professoru Mehmet Perinçek, Gəncə Dövlət universitetinin dosenti Bayram Apoyev, Bişkekdəki Heydər Əliyev Adına gimnaziya məktəbin direktoru Kanıkey Alımkulova,  şairə Aida Adıgözəl və başqaları çıxış etdilər. Türkiyəli şair tərcüməçi Yusif Aslanın Heydər Əliyevə həsr etdiyi şeir konfrans iştirakçıları tərəfindən alqışlarla qarşılandı
    Konfrans iştirakçılarının təklifi ilə Ulu öndər HEYDƏR ƏLİYEVİN 100 illik yubileyi münasibətilə konfrans iştirakçıları adından cənab President İlham Əliyevə "Heydər Əliyev ili" ilə əlaqədar  Təbrik məktubunun göndərilməsi  və belə bir tədbirin Türk Dünyasının Mədəniyyət Paytaxtı elan edilmiş ŞUŞA şəhərində keçirilməsi  qərara alındı.
     Belə mötəbər tədbirlərin dünyanın bütün ölkələrində keçirilməsi, Ulu Öndər Heydər Əliyevin irsinin dərindən öyrənilməsində,  Azərbaycanın tarixinin, mədəniyyətinin  daha da geniş tanıdılmasında mühüm  rol oynayacaq. 
Sonda Türkdilli Dövlətlərin siyasətinə dəstək fondu konfrans iştirakçılarının çıxışları əsasında  kitab hazırlayacağını bəyan etdi.
Bundan başqa, Türkdilli dövlətlərin siyasətinə dəstək fondu təklif etdi ki Rusiyalı tanınmış rejissor Qriqori Naxapetovun müəllifi olduğu, Heydər Əliyevin 100, Çingiz Aytmatovun 95 illiyinə həsr olunmuş "Planetlə dialoq" filminin təqdimatı Şuşada keçirilsin. 
Bununla da Heydər Əliyevin 100 illiyinə həsr olunmuş elmi nəzəri videokonfrans işini başa vurdu.
.









ÖNDERTV.ORG

Oxşar xəbərlər