Azərbaycanlı iş adamlarının Özbəkistana səfəri zamanı rəsmi görüşlər uğurla keçdi.
8-04-2024, 22:59
235

Azərbaycanlı iş adamlarının Özbəkistana səfəri zamanı rəsmi görüşlər uğurla keçdi.

ÖNDERTV.ORG

Peak Network tərəfindən təşkil olunan 🇦🇿Azərbaycan 🇺🇿 Özbəkistan 🇹🇷 Türk   İş Adamları Birliyi üçün Səfər proqram  layihəsi  uğurla baş tutdu . Azərbaycanlı iş adamlarının Özbəkistana səfəri zamanı rəsmi görüşlər uğurla keçdi. 
Görüşdə şirkətlərarası əməkdaşlıq  məsələləri müzakirə olundu.    Bu səfərin əsas məqsədlərindən biri  də yerli şirkətlərin istehsal etdiyi məhsulları   xarici bazarlara ixrac edib bizneslərini genişləndirməkdən ibarətdir. Özbəkistanda iş adamlarıyla müxtəlif görüşlər  təşkil olundu. Hər iki şirkətin arasında əməkdaşlıq münasibətləri müzakirə edildi.


 Səfərin növbəti  günü  iştirakçılar  Özbəkistanın ikinci ən böyük şəhəri Səmərqəndin  tarixi məkanlarını , abidələrini ziyarət etdilər. Tarixi abidə bələdçiləri iştirakçıları salamlayaraq Səmərqəndin tarixi, mədəniyyəti, özünəməxsus adət-ənənələri, iqtisadiyyatı barədə ətraflı məlumat verdilər .
İlk öncə səfər  iştirakçıları Əmir Teymur abidəsiylə tanış oldular.  Burada Əmir Teymurun mənalı həyatını və çoxşaxəli fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotolar və eksponatlar yer almışdı. 
Daha sonra Orta Asiyanın Türk memarlığının nadir nümunələrindən  olan Registan meydanı ilə tanışlıqdan sonra digər mədəniyyət və istirahət parkını ziyarət etdilər. Səmərqənddə salınan miniatür  Səmərqənd Parkında olan səfər iştirakçıları  inkişaf dövrünü  yaşayan Özbəkistanın  qədim tarixi-memarlıq abidələri ilə yaxından  tanış oldular.


  Səfərin növbəti günü   isə  iştirakçılar AZƏRBAYCAN RESPUBLIKASININ ÖZBƏKISTAN RESPUBLIKASINDAKI FÖVQƏLADƏ VƏ SƏLAHIYYƏTLİ SƏFİRİ HÜSEYN QULİYEV ilə görüşdülər. 
     Baş səfirlik çay süfrəsi ətrafında  Azərbaycandan gələn heyəti salamlayaraq proqram iştirakçılarına uğurlar arzu etdi. O bildirdi ki, Azərbaycanla Özbəkistan  arasında hər sahədə əməkdaşlıq ən yüksək səviyyədədir. 
Cənab səfir görüş zamanı belə bir səfərin təşkilatçılığına görə, Peak Network direktoru Aysel Mirzəyeva, icraçı direktor Aynur İsmayılovaya təşəkkür edərək bu kimi səfərlərin müntəzəm olaraq təşkil olunmasını tövsiyə etdi. Səfir Hüseyn Quliyev diplomatik nümayəndəliyin Azərbaycandan Özbəkistana səfər edəcək  iş adamlarına hər cür dəstək göstərəcəyini qeyd etdi ”.   Peak Network tərəfindən  Cənab Səfirə hədiyyələr təqdim olundu. Eyni zamanda  Proqram iştirakçıları da səmimi qəbula görə baş Səfirlik nümayəndələrinə təşəkkür etdilər. Görüşün sonunda xatirə şəkli çəkildi.

    Səfərin növbəti günü   iştirakçılar Özbəkistanın Daşkənd  şəhərində yerləşən “ Daşkənd Kimya Texnologiya Üniversitetini ziyarət etdilər. 
  İştirakçılar  universitetin iş prinsipi ilə yaxından tanış oldular. Sonda iştirakçılara beynəlxalq sertifikat təqdim olundu. Görüşün sonunda xatirə şəkli çəkildi.

   
 İdarəçilik, liderlik və şəxsi effektivlik mövzularında peşəkar təlimçi Fəxri Ağayev
 tərəfindən 🇦🇿Azərbaycan 🇺🇿 Özbəkistan 🇹🇷 Türk   İş Adamlarına  Özbəkistan səfərində  təlim keçirildi. 
Fəxri Ağayev təlim iştirakçılarına uğur qazanmağın yolları və biznes idarəçiliyi haqda məlumat verdi. 
  O bildirdi  ki, peşəkar inkişafda ən önəmli faktorlardan biri davamlılıq və zəhmətdir. 
  Fəxri Ağayev təlim iştirakçılarına vaxtın idarəolunması və düzgün planlama haqqında da məlumat verdi.
Görüşün sonunda xatirə şəkli çəkilib.
Qeyd edək ki, Peak Network tərəfindən təşkil olunan 🇦🇿Azərbaycan 🇺🇿 Özbəkistan 🇹🇷 Türk   İş Adamları Birliyi üçün Səfərə Azərbaycanın müxtəlif bölgələrindən və fərqli sahələrdən şirkət rəhbərləri , idarəçilər iştirak edib .

Oxşar xəbərlər