Siyasət
9-12-2022, 06:21
152
ŞƏHİDLƏRİMİZİN XATİRƏSİ ƏZİZ TUTULDU.
ÖNDERTV.ORG
Sumqayıt şəhərində Günel Qasımovanın rəhbərliyi ilə təşkil olunmuş rəsm qalereyasında "Şuşa ili"nə həsr olunmuş Gənc və həvəskar rəssamların "Uğurumuz" adlı rəsm sərgisi təşkil olunmuşdur. Sərgidə nur üzlü Şəhidlərimizin xatirəsini əziz tutaraq Azərbaycanın cənnət məkanı olan Qarabağ və Şəhid rəsmləri nümayiş edilmişdir. Tədbirdə başda Şəhid ailələri olmaqla Sumqayıt şəhər İH nümayəndələri, Bələdiyyə işçiləri, şəhər sakinləri iştirak etmişlər. Eləcə də Vetenim-Azerbaycandır.az xeber portalının baş redaktoru Kamran Orucov ölməz qəhrəmanlar haqqında öz təəssüratlarını bölüşmüşdür .
Həmişə olduğu kimi Şəhid, Qazi ailələri Kamran Orucovun diqqətindən kənar deyildi. Bir çox Şəhidlərimizin rəsmilə yanaşı,
Gənc rəssam Nuranə Allahverdiyevanın sərgidə yayımladığı Milli Qəhrəmanımız ŞÜKÜR Həmidov haqqındakı rəsm əsəri diqqətimizi çəkdi. Elə bil canlı idi..
Tədbirin sonunda Şəhidlərimizin portretləri Şəhid ailələrinə, "Qubadlı"- portreti isə Vətənim Azerbaycandır.az xeber portalının baş redaktoru Kamran Orucova təqdim edildi. Vətənim Azerbaycandır.az, ONDERTV.ORG xeber portalı birlikdə bu ciddi və
məsuliyyətli işdə tədbir təşkilatçılarına uğurlar arzu edir.
ONDERTV.ORG.
İcraçı direktor: Naile Muradova
ÖNDERTV.ORG