Təbrik edirik !
28-12-2022, 15:01
163

Təbrik edirik !

ÖNDERTV.ORG

Bu gün “Rusiya Azərbaycan Qadınları İctimai Birliyi”mizin dəyərli xanımı, 1976-cı ildə Cəbrayılda dünyaya göz acan,uzun illərdir Moskvada yaşayan,vətənpərvər,milli dəyərlərimizi yaşadan tanınmış rəssam İlhamə Qurbanova xanımın doğum günüdür. 

Rəssam həyat yoldaşı tanınmış fırça ustası Qüdrət Qurbanovla birlikdə Bakıdakı məhşur “Əzimzadə məktəbi”ndə təhsil almışdır. İlhamə xanımın bədii irsi Azərbaycanla yanaşı Rusiyanın,o cümlədən də dünyanın bir çox ölkələrinin sərgilərində yer almışdır.
Beynəlxalq Bədii Fondun və «Dünya Xalqlarının İncəsənəti” Beynəlxalq assosiasiyasının üzvü olan İlhamə xanım həmin qrumlarda öz yaradıcılığı ilə  ənənə və müasirliyin qovşağını yaşadan sənətkar kimi tanınmaqdadır. O,həm də Rusiya Xalqlar Dostluğu Universitetinin “Landşaft Memarlığı” üzrə məzunudur. İlhamə xanım Beynəlxalq “ Naxçıvan Bəşəriyyətin beşiyidir”(2012) və “Qəbələ-2016” rəsm festivalının iştirakçısı olmuş,2014-ci ildə Marina Svetayevanın ev-muzeyində fərdi sərgisi təşkil olunmuşdur.
Biz,RAQİB-nin xanımları İlhamə xanımı ürəkdən təbrik edir,ona can sağlığı,xeyrli-uğurlu illər,yaradıcılıq uğurlar arzulayırıq!


Hörmətlə,
“Rusiya Azərbaycan Qadınları İctimai Birliyi”nin rəhbəri
Xatirə Qəmbərova

ÖNDERTV.ORG

Oxşar xəbərlər