TƏBRİK EDİRİK!
11-12-2022, 20:55
279

TƏBRİK EDİRİK!

ÖNDERTV.ORG 


Bu gün Rusiya Azərbaycan Qadınları İB-nin Moskvadan olan üzvü,dəyərli ziyalımız İradə xanım Məmmədovanın doğum günüdür.
İradə Məmmədova Qurban qızı 1965- ci il dekabrın 11-də Gəncədə anadan olub.Orta məktəbi bitirdikdən sonra 1983-ci ildə SSRİ- nin 50 illiyi adına APXDİ-nin ingilis-alman dilləri fakultəsini bitirib.1988-1997-ci illərdə əvvəlcə təyinat yerində,3 il sonra isə Gəncədə Aşıq Ələsgər adına orta məktəbdə müəllimə kimi çalışıb.1997-ci ildən isə ailə qurub Moskvaya gelib.3 uşaq anasıdır.2010-ci ildən yenə də məktəbdə çalışmağa başlayıb.
İradə xanım Azərbaycançılıq ideologiyasının əsas şərtlərindən biri olan ölkə hüdudlarından kənarda Azərbaycan dilini yaşatmaq, gələcək nəsillərə düzgün formada çatdırmaq məqsədi ilə 2019-cı ildən Rusiyada yaşayan rus dilli uşaqlar üçün  Azərbaycan dili dərsliyi üzərində çalışıb,2-ci sinif dərsliyini çap etdirib ,istifadəyə verib ,hal -hazırda 3-ci sinif  dərsliyi üzərində işləyir.Tezliklə dərslik işıq üzü görəcəkdir.
İradə xanımın ən böyük arzusu Azərbaycan dilini uşaqlara sevdirməkdir. 
Biz ,Rusiya Azərbaycan Qadınları İB -nin xanımları İradə xanımı doğum günü münasibəti ilə səmimi qəlbdən təbrik edir,ona uzun ömür,can sağlığı,gördüyü bütün işlərində uğurlar arzulayırıq! 
Hörmətlə:
RAQİB-nin rəhbəri Xatirə Arif qızı Qəmbərova


ÖNDERTV.ORG
 

Oxşar xəbərlər