Məsafələri  yaxın etməyi bacaran məktəb direktorunu təbrik edirik.
10-10-2022, 17:53
200

Məsafələri yaxın etməyi bacaran məktəb direktorunu təbrik edirik.

Azərbaycan təhsilinin uğurlu və inkişaf edən xətt üzrə irəliləməsinin əsas səbəbi ölkəmizin sayılan, seçilən, dəyərli, daima araşdırmaları ilə seçilən mükəmməl təhsil adamlarıdır desək yanılmarıq. 
Məhz həmən işini, peşəsini ürəkdən sevən, vicdanla çalışan, əsl ziyalı xanımlarımızdan  biri olan Yeganə müəlliməni  tanıyaq. 
Eyvazova Yeganə Məhəmməd qızı.
Orta təhsilini Tovuz rayon Bozalqanlı kənd Yusif Sadıqov adına tam orta məktəbdə alan xanım pedaqoq, Ali təhsilini GDU- də almışdır. Universiteti bitirdikdən sonra pedoqoji fəaliyyətlə məşğul olmuş və şərəfli müəllim sıralarında yer almışdır. Bir müddət Tovuz rayon Təhsil Sektorunda işləyən Yeganə xanım daha sonra  Tovuz rayon Quşçuqaralar kənd ümumi orta məktəbində direktor vəzifəsinə təyinat alır. İşində məsuliyyətli, bacarığına seçilən dəyərli pedaqoq  olduğca ürəklə və bacarığa işinin başındadır. 
Onu xüsusiylə qeyd etmək istəyirəm ki, Yeganə müəllimənin təlim tədrislə məşqul olduğu, sevgiylə hər gün işinə davam etdiyi məktəb rayondan  60 km aralıda yerləşir. Dəniz səviyyəsindən çox yüksək bir kənd ərazisidir. Amma buna baxmayaraq Yeganə müəllimə hər gün bu yolu sevə-sevə gedib gəlir, yetər ki, şagirdləri olan fidanlar elmdən, təhsildən, inkişafdan kənar qalmasınlar. Bax budur əsl müəllim andı, müəllim eşgi, müəllim imzası! Yeganə xanım həmdə dövlətə, dövlətçiliyə xidmət edən layigli bir şəxsiyyətdir, illərdir 
Yeni Azərbaycan Partiyasının üzvüdür və Azərbaycançılıq ideologiyasının təbliğatçılarındandır.
Bu gün isə bu kübar xanımın, gözəl insanın doğum günüdür.
Bu münasibətlə Vətənim-Azərbaycandır.az xəbərlər informasiya portalınln təsisçisi və baş redaktoru Kamran Orucovun və komandamızın adından Yeganə müəlliməni təbrik edir, ona şərəfli peşəsində, çətin və məsuliyyətli işində bol-bol uğurlar diləyirik. Azərbaycan təhsilinin sizin kimi müəllimlərə ehtiyacı var. 100 yaşayın Yeganə müəllimə, doğum gününüz mübarək!



Nəhayət Şirinova.
Vətənim-Azərbaycandır.az xəbərlər informasiya portalınln redaktoru.
ÖNDERTV.ORG

Oxşar xəbərlər