Təbrik edirik!
22-11-2022, 22:19
300

Təbrik edirik!

                      Bu gün 23 noyabr  Rusiya Azərbaycan Qadınları İB-nin rəhbəri Xatirə Arif qızı Qəmbərovanın  doğum günüdür. 
Xatirə xanım 1972 -ci ildə İsmayıllı rayonunun Kürdmaşı kəndində ziyalı ailəsində anadan olmuşdur.Orta təhsilini gümüş medalla bitirdikdən sonra San-Marino Beynəlxalq Elmlər Akademiyası Akademik Mərkəzinin  Azərbaycan filialı Ali təhsil müəssəsinin Filologiya(Xarici dil-İngilis dili) üzrə bakalavr təhsilini davam etdirmişdir. Təhsilini bitirdikdən sonra ixtisası üzrə ingilis dili müəllimi kimi fəaliyyət göstərmişdir. Ailə həyatı qurduqdan sonra Rusiyaya köçmüşdür. 
2019 -ci ilin mart ayından YAROOANKA-da Azərbaycan Qadınlar Şurasının sədri kimi ictimai fəaliyyətə başlamışdır. Qısa bir zamanda Yaroslavlda ziyalı,ictimai fəal xanımları ətrafına toplayaraq gözəl proyektlərə imza atmışdır. İctimai fəaliyyəti pandemiya vaxtına təsadüf etdiyi üçün online formatda bir çox proyektlər ilə xanımları ətrafına toplayaraq milli-mənəvi dəyərlərimizi,adət-ənənələrimizi,dilimizi qoruyub saxlayıb,təbliğ etmək yönümündə böyük işlərə imza atmışdır. O nəinki Yaroslavldan, eləcə də Rusiyanın müxtəlif şəhərlərindən olan xanımları gözəl layihələrlə bir araya gətirərək RAQİB (Rusiya Azərbaycan Qadınlar İctimai Birliyi) yaratmağa nail olmuşdur. Hal-hazırda Dünya Azərbaycanlı Qadınlarını bir araya gətirməklə  fəaliyyətinə davam etməkdədir. 
Xatirə xanım Qəmbərova Azərbaycan həqiqətlərini Rusiyanın müxtəlif şəhərlərində təbliğinə və yubileyi münasibəti ilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi tərəfindən Fəxri Fərmanla təltif edilmişdir. 
Biz birliyimiz adından əziz Xatirə xanımı yeni yaşı, yubileyi münasibəti ilə ürəkdən təbrik edirik, ona can sağlığı, uzun ömür, ailə səadəti və ictimai işlərində uğurlar arzu edirik! 
Hörmətlə:
RAQİB-in üzvləri. 
Bu təbrikə xüsusi olaraq RAQİB-in Azərbaycan nümayəndəsi şairə Nəsibə xanım İsrafilqızı da qoşulur!



ÖNDERTV.ORG 

Oxşar xəbərlər