Xalqın Mehriban xanımı
26-08-2022, 12:02
161

Xalqın Mehriban xanımı

Avqustun 26-sı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Mehriban xanım Əliyevanın doğum günüdür. Mehriban xanım Əliyevanı doğum günü münasibəti ilə "ÖNDƏRTV.ORG" xəbərlər informasiya portalının rəhbərliyi və kollektivi   ürəkdən təbrik edir, ona can sağlığı, ailəsi ilə birlikdə uzun və xoşbəxt ömür, müstəqil Azərbaycanın daha da inkişafı naminə məqsədyönlü və şərəfli fəaliyyətlərində daha böyük uğurlar arzulayır! Mehriban xanım Əliyeva qəlbimizdə və həyatımızda silinməz yeri olan, öz fəaliyyəti ilə önəmli bir tarix yazan şəxsiyyətdir. Mehriban xanımın Azərbaycan xalqı və dünya birliyi qarşısında xidmətləri hər zaman yüksək qiymətləndirilmişdir. Mehriban xanım Əliyeva fədakarlığı, səmimiyyəti və ağlı, həyat tərzi və idarəetmə qabiliyyətləri ilə nəinki Azərbaycanda, həmçinin bütün dünyada tanınmış dövlət xadimi və siyasətçidir. Azərbaycanın ərazi bütövlüyünün bərpası, müstəqilliyi, ölkəmizin daha qüdrətli, daha möhkəm olması yolunda sağlamlığını itirən qazilərimiz, şəhid ailələri, qaçqın və məcburi köçkünlər, ehtiyacı olan insanlar, uşaq və internat evləri, səhiyyə və təhsil ocaqları daim Mehriban xanımın diqqət və qayğısı altındadır. Mehriban Əliyevanın ictimai fəaliyyəti geniş və çoxşaxəlidir. Daima xalqı, dövləti üçün əlindən gələni edən və daima insanlarla sıxmünasibətdə olan Mehriban xanım Əliyevanı bir daha təbrik edir sağlam ömür arzulayırıq. 

  
 Kamran Orucov

"Öndərtv.org" 

Oxşar xəbərlər