“Dünya gündəliyinin aktual məsələləri Azərbaycanda müzakirə edilir”
13-03-2023, 12:21
151

“Dünya gündəliyinin aktual məsələləri Azərbaycanda müzakirə edilir”

“Dünya gündəliyinin aktual məsələləri Azərbaycanda müzakirə edilir”

 
ÖNDERTV.ORG
“Azərbaycan düşünülmüş və gələcəyə hesablanmış siyasətini özündə ehtiva edən təkmil inkişaf modelini dünyaya təqdim edir. Bu isə ölkəmizin iqtisadi, siyasi və humanitar mərkəzə çevrilməsində, nüfuzunun artmasında əhəmiyyətli rol oynayır. Azərbaycanın ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasətinin nəticəsidir ki, yeni dünya düzəninin formalaşdırılması, yeni çağırışların yaratdığı ümidlər məhz ölkəmizdə müzakirə edilir. Ötən il IX Qlobal Bakı Forumunda “Qlobal dünya düzəninə təhdidlər” müzakirə edildisə, X Qlobal Bakı Forumu yeni çağırışlara yaranan ehtiyacı açıqladı. Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə 2013-cü ildən bəri keçirilən Qlobal Bakı Forumu beynəlxalq müzakirələr platforması statusunu qazanıb”.
 ÖNDERTV.ORG xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.
M.Həsənov qeyd edib ki, keçirilən hər bir beynəlxalq əhəmiyyətli tədbir Azərbaycanın malik olduğu imkanların, hadisələrə real yanaşmalarının təqdimatıdır.
Deputat vurğulayıb ki, Qlobal Bakı Forumu Azərbaycanın sülh gündəliyinin müəllifi kimi göstərdiyi səylərə, həmçinin Qoşulmama Hərəkatı müstəvisində yeni əməkdaşlıq təcrübəsinə diqqəti yönəltdi: “Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə atdığı hər bir addım təşkilatın dünya siyasətində yerinin və mövqeyinin möhkəmləndirilməsində əhəmiyyətli rol oynayır. Azərbaycan koronavirus infeksiyasına qarşı mübarizədə qlobal təşəbbüsləri ilə bir-birinə əks qütbləri bir araya gətirdi. X Qlobal Bakı Forumunun mövzusu hazırkı dövrün aktual məsələlərinin nədən ibarət olduğunu bir daha açıqladı. Çağırışlar və ümidlər yeni reallıqların gələcək üçün nə vəd etdiyinə işıq salır. Hər dövrün öz tələbi, çağırışı vardır. Onların yaratdığı ümidlərin reallıqda əksini tapması üçün birgə səylərin göstərilməsi vacibdir”.
“Ümumilikdə Azərbaycanın hər bir çağırışı dünyada sülhə, təhlükəsizliyə, əməkdaşlığa xidmət edir. X Qlobal Bakı Forumunda aparılan müzakirələr bir daha təsdiqlədi ki, Azərbaycanın irəli sürdüyü çağırışların gələcəyi ilə bağlı böyük ümidləri vardır. Bu gün sülh çağırışı əsasdır. Ermənistan ona yaradılan şansdan bəhrələnərək qısa müddətdə sülh müqaviləsini imzalamaqla regionda dayanıqlı sülhün və təhlükəsizliyin təminatına böyük töhfə verər ki, bu da öz növbəsində yeni əməkdaşlıq formatlarının yaradılması üçün stimuldur. Cənab İlham Əliyev bir daha bu əminliyi ifadə etdi ki, dünyamızın daha dinc və təhlükəsiz olmasına töhfə verməyə çalışacağıq”, - deyə deputat bildirib.



 
ÖNDERTV.ORG

Oxşar xəbərlər