İran Azərbaycandan üzr istəməlidir - Nobel mükafatı laureatı
9-03-2023, 14:32
72

İran Azərbaycandan üzr istəməlidir - Nobel mükafatı laureatı

ÖNDERTV.ORG
Azərbaycana bu və digər şəkildə müdaxiləyə görə İran üzr istəməlidir.
ÖNDERTV.ORG Trend-ə istinadən xəbər verir ki, bu barədə "Dünya bu gün: Çağırışlar və Ümidlər" mövzusunda X Qlobal Bakı Forumu çərçivəsində "Bölünmüş dünyada dayanıqlığın qurulması: Onun qlobal sülhə təsiri" adlı panelə videomüraciətində Nobel mükafatı laureatı Şirin Ebadi deyib.
O qeyd edib ki, xalq rejimin ölkədə insanlara təzyiqinə və İranın digər ölkələrə müdaxiləsinə qarşıdır.
Ətraflı
"2022-ci ilin payızında İranda baş geyiminə görə başlayan hadisələr xalqın narazılığını təzahürüdür. İran xalqı azad olacaq. Bu rejim dağılana, İran demokratik dövlətə çevrilənə qədər bu hərəkat davam edəcək. Qlobal Forumun iştirakçılarının İranda azadlıq hərəkatına dəstək verəcəklərini gözləyirik", - deyə o əlavə edib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 9-da "Dünya bu gün: Çağırışlar və ümidlər" mövzusunda X Qlobal Bakı Forumu işə başlayıb.
Martın 11-dək davam edəcək Forumda yeni dünya nizamına təhdid yaradan amillərə, o cümlədən təhlükəsizlik məsələsinə və sülhün təmin olunması üçün perspektivlərə, bölünmüş dünyada dayanıqlılığın qurulmasına, onun qlobal sülhə təsirinə nəzər salınacaq, qarşıda duran çağırışların həlli yolları müzakirə olunacaq, dünyanı sarsıdan münaqişələrə, meqatəhdidlərə, o cümlədən iqlim, qida və nüvə təhlükəsizliyi məsələlərinə toxunulacaq, postpandemiya dövründə görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılacaq. Həmçinin qlobal yoxsulluğun, bərabərsizliyin, iqlim böhranının və münaqişələrin simptomu kimi miqrasiyanın qarşısının alınması üçün tədbirlər əsas müzakirə mövzularından olacaq. İştirakçılar Avropanın gələcəyi ilə bağlı təsəvvürlərini bölüşəcək, populizmin və ekstremizmin mənbəyini araşdıracaq, ona qarşı səmərəli mübarizə yollarını müəyyənləşdirəcəklər.

ÖNDERTV.ORG

Oxşar xəbərlər