İlham Əliyevin dəstəyi ilə baş tutan Qlobal Bakı Forumu çox mühüm bir platformaya çevrilib
10-03-2023, 12:21
93

İlham Əliyevin dəstəyi ilə baş tutan Qlobal Bakı Forumu çox mühüm bir platformaya çevrilib

 
ÖNDERTV.ORG

Azərbaycan Prezidenti İlham Əliyevin dəstəyi ilə baş tutan Qlobal Bakı Forumu çox mühüm bir platformaya çevrilib.
Bu barədə özəl açıqlamasında ISESCO-nun sabiq baş direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Əbdüləziz bin Osman əl-Tüveycri deyib.
O qeyd edib ki, X Qlobal Bakı forumu hazırda dünyanın keçdiyi kritik zamanda əhəmiyyətli rol oynayır.
"Dünya hazırda bir çox ciddi problemlərlə üz-üzədir. Qlobal Bakı Forumu yalnız regionda yox, dünyada sabitliyin və sülhün təmin olmasına töhfəsini verir. Hər il təşkil edilən bu foruma bir çox dövlətlərin prezidentləri, nazirləri, böyük təşkilatların rəhbərləri gələrək öz fikirlərini, təcrübələrini bölüşürlər. Belə bir şərait, platforma çox gözəl nümunədir. İnanıram ki, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında daha da yaxşılarını edəcək", - deyə o əlavə edib.
Xatırladaq ki, martın 11-dək davam edəcək Forumda yeni dünya nizamına təhdid yaradan amillərə, o cümlədən təhlükəsizlik məsələsinə və sülhün təmin olunması üçün perspektivlərə, bölünmüş dünyada dayanıqlılığın qurulmasına, onun qlobal sülhə təsirinə nəzər salınacaq, qarşıda duran çağırışların həlli yolları müzakirə olunacaq, dünyanı sarsıdan münaqişələrə, meqatəhdidlərə, o cümlədən iqlim, qida və nüvə təhlükəsizliyi məsələlərinə toxunulacaq, postpandemiya dövründə görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılacaq. Həmçinin qlobal yoxsulluğun, bərabərsizliyin, iqlim böhranının və münaqişələrin simptomu kimi miqrasiyanın qarşısının alınması üçün tədbirlər əsas müzakirə mövzularından olacaq. İştirakçılar Avropanın gələcəyi ilə bağlı təsəvvürlərini bölüşəcək, populizmin və ekstremizmin mənbəyini araşdıracaq, ona qarşı səmərəli mübarizə yollarını müəyyənləşdirəcəklər.
 
ÖNDERTV.ORG

Oxşar xəbərlər