Azərbaycan enerji və nəqliyyat dəhlizləri sahəsində aktiv və mühüm rola malikdir
11-03-2023, 20:05
176

Azərbaycan enerji və nəqliyyat dəhlizləri sahəsində aktiv və mühüm rola malikdir

ÖNDERTV.ORG

Azərbaycan enerji və nəqliyyat dəhlizləri sahəsində aktiv və mühüm rola malikdir.
Bu barədə  özəl açıqlamasında Qlobal Bakı Forumunda iştirak edən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) baş katibi Lazar Komanesku deyib.
O qeyd edib ki, Azərbaycan enerji və nəqliyyat dəhlizləri sahəsində təkcə aktiv rol oynamır, həm də bunun inkişaf etdirilməsinə töhfə verir.
"Buna misal olaraq ötən ilin dekabrında Buxarestdə imzalanan "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş"i göstərə bilərəm. Bu sadəcə misallardan biridir. Azərbaycanın bu addımları hər ölkə üçün nümunə ola bilər.
Ümumiyyətlə Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatındakı rolunu da yüksək qiymətləndirirəm",- deyə o əlavə edib.
Xatırladaq ki, 9-11 mart tarixlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Qlobal Bakı Forumu keçirilib. Foruma bir çox ölkələrin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri qatılıblar. Forumda 4 prezident, 2 baş nazir, 6 spiker və nazir, BMT-nin 5 qurumunun rəhbərlikləri, 25 sabiq prezident, 21 sabiq baş nazir, 23 ölkənin xarici işlər nazirlərinin müavinləri olmaqla, ümumilikdə 61 ölkədən 360-dək nümayəndə iştirak edib.




ÖNDERTV.ORG

Oxşar xəbərlər