
Gündəm / İdman
Dünən, 14:38
4
Asim Xudiyevə UEFA-dan təyinat
ONDERTV.ORG
Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb.bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) məlumat yayıb.
Bildirilib ki, o, UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində iyulun 22-də keçiriləcək "Jelezniçar" (Pançevo, Serbiya) - "Braqa" (Portuqaliya) oyununun hakim-inspektoru olacaq.
Qarşılaşma Pançevo şəhərində yerləşən "Mladost" stadionunda baş tutacaq.





