Serbiya Ordusu yeni hərbi texnika və silahlarını nümayiş etdirib
Bu gün, 16:10
7

Serbiya Ordusu yeni hərbi texnika və silahlarını nümayiş etdirib

ONDERTV.ORG

Serbiya Ordusu Batajnitsa hərbi aerodromunda yeni və modernləşdirilmiş hərbi vasitələrin təqdimatını keçirib.
tədbirdə ölkə Prezidenti Aleksandr Vuçiç, müdafiə naziri Bratislav Qaşiç və Baş Qərargah rəisi, general Milan Moysiloviç iştirak ediblər.
Təqdimatda yerli müdafiə sənayesinin istehsalı olan yeni hərbi sistemlər, həmçinin ordunun istifadəsində olan müasir silah və texnikalar nümayiş olunub. Sərgidə MiQ-29 və "Orao" döyüş təyyarələri, H145 helikopterləri, müxtəlif pilotsuz uçuş aparatları, raket kompleksləri və müxtəlif növ atıcı silahlar nümayiş etdirilib.

Oxşar xəbərlər