Sözlə ürəklərin sarı simində gəzişən , ömürlərdən əsərlər yaradan imzaların sahibi: Rəna Nəcəfqızı!
Bu gün, 20:25
0

Sözlə ürəklərin sarı simində gəzişən , ömürlərdən əsərlər yaradan imzaların sahibi: Rəna Nəcəfqızı!

ONDERTV.ORG

Bəzi insanlar sadəcə özləri  yaşayırlar, bəziləri isə yaşadıqları və şahid olduqları  ömürlərlərdən  unudulmaz əsərlər, canlı tarixlər yaradırlar. Müasir Azərbaycan ədəbiyyatında özünə xas  dəsti-xətti, fərqli fəlsəfəsi və güclü qələmi ilə seçilən ziyalı yazarımız Rəna xanım Nəcəfqızı (Abdullayeva) məhz ikinci qismə aid olan, sözün həqiqi mənasında ruhlara toxunan nadir qələm sahiblərindəndir.
Bu gün oxucularının qəlbində özünəməxsus   taxt quran, səmimiyyəti, sədaqəti və etibarı ilə bir "insanlıq nümunəsi" olan əziz Rəna xanımın ad günüdür! Bu münasibətlə onun rəngarəng ədəbi dünyasına, keçdiyi şərəfli ömür yoluna və gələcək planlarına bir yerdə nəzər salırıq.

📚  Zəngin Yaradıcılıq Yolu olan Rəna xanım uzun illər pedaqoji fəaliyyətlə məşğul olmuş, təhsil və idarəçilik sahəsində zəngin rəhbərlik təcrübəsi qazanmış bir ziyalıdır. Məhz bu pedaqoji intuisiyası və insan psixologiyasına dərindən bələd olması onun bədii obrazlarının bu qədər canlı, təsirli və real olmasını təmin edib. O, bir ana, bir nənə və bələdçi kimi  həyatın hər anını qələmi ilə əsərlərinə  köçürməyi bacarıb.
Onun yaradıcılıq palitrası janr baxımından olduqca zəngin və dərindir:
"Qara gözlü bilərzik" – Ədəbiyyatımızda böyük rezonans doğuran, oxucunu ilk səhifədən sirli yollarla aparan və hər sətirdə düşündürən möhtəşəm detektiv-kriminal roman.
  "Məsum günahkar" – İnsan taleyinin mürəkkəb tərəflərini, həyatın görünməyən dramlarını ustalıqla işıqlandıran povest və hekayələr toplusu.
"Qızılgül tikansız olmur" -  tələbəlik illəri  sovet dövrünə düşən, əxlaqlı , səmimi gənclərin sevgi, dostluq  münasibətləri psixoloji- dramatik bir üslubda bədii boyalarla əks etdirən, 
müəllif  müxtəlif peşə sahibləri, müxtəlif xarakterli insanların  həyat hekayələrinin yer aldığı    çox təsirli və yadda qalan  səhnələr əks olunduğu roman. 
  "Yağışların yuyub apara bilmədiyi izlər" - XX əsrin ortalatına qədər Qərbi Azərbaycanda yaşayan soydaşlarımızın həm bolşeviklər, həm erməni daşnaqlarının
azərbaycanlılara qarşı törətdikləri təxribat və   zorakalıqları , öz içimizdən olan bəzi nadürüst, yaltaqların şərəfsizliklərini məharətlə  əks etdirən roman .  
 Bütün bunlar  – Oxucunun bəhrələndiyi, həyata başqa gözlə baxmağa vadar edən, duyğu və hikmət dolu unudulmaz romanlar.

🔍 Gələcəyə Boylanan Yeni Ədəbi Üfüqlər: Siyasi Detektivlər!
Rəna xanım qələmi əlində, ruhu daim cavan və tükənməz ilhamla yaradan bir yazıçıdır. Hazırda oxucularını heyran qoyacaq və ədəbi mühitdə fərqli bir nəfəs gətirəcək yeni yaradıcılıq planları üzərində gecə-gündüz çalışır. Müəllif, oxucuların intizarla gözlədiyi "Qara gözlü bilərzik" romanının ikinci cildi "Qara təmizlikçi"  və tamamilə yeni, analitik təfəkkürün məhsulu olan "Su əməliyyatı"  detektivi üzərində işləyir. Hər iki əsərin siyasi detektiv janrında olması yazarın yaradıcılıq miqyasının nə qədər geniş olduğunu bir daha sübut edir.
🌹 Sevgi Yağışı Altında Keçən Ömür Payı
Bu gün sosial şəbəkələrdə, fb səhifəsində oxucuların Rəna xanıma ünvanladığı təbriklər sadəcə xoş sözlər deyil, onun illərlə əməyi və səmimiyyəti ilə qazandığı böyük sevgi yağışıdır! Həyatı xoş sonluqlu bədii bir süjetə bənzədən oxucuları onun haqqında vurğulayırlar:
"Sən demə, mən dəmir çarıq geyib gəzsəm belə, onun kimi insan tapa bilməzmişim. O, sədaqət və etibar etalonudur..."
"Arzu edirəm ki, ömrünüzün hər yeni səhifəsi yazdığınız kitablar qədər maraqlı, qəhrəmanlarınız qədər güclü, qələminiz qədər işıqlı olsun!"
🎉 Ad Gününüz Mübarək, mənim istedadı, insanlığı ilə qürur duyduğum ,əziz tələbəm, mənəvi qızım  Rəna xanım!

✍🏻 AYB-nin üzvü, fillogiya üzrə fəlsəfə doktoru , 52 bədii,elmi  və tərcümə əsərinin müəllifi  Firuze Memmedli  .

Oxşar xəbərlər