Mehriban Məhərrəmova 60 illik yubleyiniz mübarək.
Bu gün, 13:47
100

Mehriban Məhərrəmova 60 illik yubleyiniz mübarək.

ONDERTV.ORG

Ana qəlbim odlanır
söz düşəndə davadan..
Mən anayam, bu səsimdə
yerin, göyün dərdi var,
Sülhə gəlin, ey insanlar,
yoxsa dünya məhv olar.

Bu bir Azərbaycan mahnısıdır ki, Zeynəb Xanlarova kimi tanınmış müğənnimiz bunu ifa edib. Müharibələrə yox, sülhə hə deyən çağırışlarla zəngindir. Bunu hamı bilir. 
Amma mənim yadımda bu dəyərli mahnı Zeynəb Xanlarovanın deyil, sinif yoldaşımız balaca Mehribanın səsi ilə qulaqlarımda həmişə cingildəyir. 
İbtidai sinif, köhnə məktəb, ildə rənglənən partaların arxasında, musiqi dərsində rəhmətlik Soltanağa müəllimin bir-bir uşaqları önə çağırıb verilən dərs tapşırığını hazırladığını öyrənib, qiymətləndirdiyi zamanlar...
Belə dərslərin birində o, kim mahnı oxuya bilir? Sualından hamı yayınmağa çalışarkən bu qız, mən! -deyə səsləndi və necə deyərlər, repertuarını təklif etdi. Bir neçə mahnı içərisindən müəllimin ən xoşa gələni yuxarıda təqdim etdiyim sözləri dahi şair Hüseyn Arifə və musiqisi unudulmaz Ələkbər Tağıyevə məxsus olan bu mahnı oldu. Doğrudan da balaca Mehriban bunu o qədər həzin və gözəl ifa edirdi ki, bu indi də yaddaşlarda qalıb. 
Amma onu da deyim ki, onun bu gözəl ifası bizi müsiqi dərsi yükündən xilas etmiş oldu. "İş çətinə düşən kimi" onun repertuarı sinif otağına həzinlik gətirirdi. 
İndi bu balaca qız, övlad, nəvə yiyəsi olub 6-cı onillik yübileyini qeyd edir!
Təbrik edirik, gözəl ömür və yaradıcılıq uğurları arzu edirik!
Mehriban Məhərrəmova müxtəlif janrlarda gözəl şe'rlər yazan həm gözəl şairə, həm də bayaqdan söz açdığım məlahətli səsi ilə istər əruz olsun, istərsə də heca vəznində və sair, gözəl ifaçılıq iste'dadına malikdir. Söz, sənət adamı üçün nə qədər yazsaq da yenə mövzu bitməyəcək... Mehriban Əkbər kimi tanınan Mehriban Məhərrəmovanı bir daha təbrik edirik!

Sinif yoldaşı; Qəzəlxan- Doktor Mirhafiz Babayev

Oxşar xəbərlər