Təbrik edirik.
Dünən, 10:56
31

Təbrik edirik.

ONDERTV.ORG

Bu gün Esminur Uşaq Tədris Mərkəzinin direktoru, eyni zamanda Azərbaycan Sahibkar Qadınlar İctimai Birliyinin Sabunçu rayon şöbəsinin sədri Esmira Hüseynovanın doğum günüdür.
Esmira Hüseynova təhsil və ictimai fəaliyyət sahəsində göstərdiyi əzmkar və məsuliyyətli fəaliyyəti ilə tanınan, cəmiyyətimizə dəyərli töhfələr verən nüfuzlu xanımlardandır. O, rəhbərlik etdiyi Esminur Uşaq Tədris Mərkəzində uşaqların hərtərəfli inkişafı, keyfiyyətli təhsil alması və sağlam mənəvi dəyərlərlə böyüməsi istiqamətində uğurla çalışır.
Eyni zamanda Azərbaycan Sahibkar Qadınlar İctimai Birliyinin Sabunçu rayon şöbəsinin sədri kimi qadın sahibkarlığının inkişafına, qadınların cəmiyyət həyatında fəallığının artırılmasına və sosial layihələrin həyata keçirilməsinə mühüm töhfələr verir. Onun təşəbbüsləri, təşkilatçılıq bacarığı və xeyirxah əməlləri hər zaman yüksək qiymətləndirilir.
Bu əlamətdar gün münasibətilə Esmira Hüseynovanı səmimi-qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, tükənməz enerji və bütün fəaliyyət istiqamətlərində yeni-yeni nailiyyətlər arzulayırıq.
Qoy ömrünüz daim xoş günlərlə, sevinc, bərəkət və uğurlarla zəngin olsun. Doğum gününüz mübarək!

Oxşar xəbərlər