
Gündəm
Dünən, 11:46
41
ASQİB-nin HİK–rayon şöbəsi yarandı
ONDERTV.ORG
Həmkarlar İttifaq Komitələrinin insanlara sosial təminat məsələlərinin həllində xüsusi xidmət göstərdiyi hamıya məlumdur…Bu xidmətlərdən yararlanmaq məqsədilə Sahibkar Qadınlar Birliyinin HİK-i yaradılıb…
Artıq ASQİB HİK-in rayon şöbələrini yaratmaq işinə başlamışdır. Bu gün Abşeron rayonundakı Heydər Əliyev Mərkəzində keçirilən möhtəşəm tədbirdə HİK-in şöbəsi yaradıldı. Birliyin fəal üzvü, “LALƏLİ” Uşaq Baxçasının rəhbəri, sahibkar Lalə xanım Əzimova səs çoxluğu ilə Sahibkar Qadınlar Birliyinin HİK-in Abşeron rayon şöbəsinin rəhbəri təyin olundu. Təbrik edirik!!!
Tədbirdə RİHB-nin müavini Gülnar xanım Rəhimova, KOB nümayəndəsi Aqşin Əsgərov, media nümayəndəsi Kamran Orucov və ictimaiyyət nümayəndələri iştirak edirdilər.
Çıxış edənlər: RİHB-nin müavini Gülnar Rəhimova, ASQ Birliyinin sədri Zemfira Ağayeva Lalə xanımın bu etimadı doğruldacağına inandıqlarını bildirərək, onu ürəkdən təbrik edib, davamlı uğurlar arzuladılar.
Sonda xatirə şəkli çəkildi.
Yasəmən Möhübbətqızı
Beynəlxalq Sülh Səfiri, AJB üzvü
ASQ Birliyinin sədr müavini.











