Yazıçı-publisist Nəhayət Şirinovanın Vətən Müharibəsi Qəhrəmanına həsr olunmuş  növbəti "Mehrab Dastanı" adlı kitabı işıq üzü görüb.
Bu gün, 15:14
108

Yazıçı-publisist Nəhayət Şirinovanın Vətən Müharibəsi Qəhrəmanına həsr olunmuş növbəti "Mehrab Dastanı" adlı kitabı işıq üzü görüb.

ONDERTV.ORG

Vətən uğrunda canını fəda edən qəhrəmanlarımızın xatirəsini yaşatmaq hər birimizin mənəvi borcudur. Bu baxımdan Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında yazıçı-publisist, ADPU-nun Quba filialı, Heydər Əliyev Lektoriyasının müdiri Nəhayət Şirinovanın müəllifi olduğu, Vətən Müharibəsi Qəhrəmanı şəhid Mehrab Niftəliyevin həyat və qəhrəmanlıq yolundan bəhs edən “Mehrab dastanı” kitabının təqdimat mərasiminin keçirilməsi xüsusi əhəmiyyət kəsb edir.
Tədbirdə dövlət və ictimaiyyət nümayəndələri, şəhid ailələri, qazilər, ziyalılar, müəllim və tələbələr iştirak edərək qəhrəman şəhidimizin əziz xatirəsini ehtiramla yad etdilər. Çıxışlarda qeyd olundu ki, “Mehrab dastanı” təkcə bir qəhrəmanın həyat hekayəsi deyil, həm də Vətən sevgisinin, vətənpərvərliyin və milli ruhun təcəssümüdür.
Kitabın müəllifi Nəhayət Şirinova uzun və məsuliyyətli zəhmətin nəticəsi olan bu əsərlə Mehrab Niftəliyevin ömür yolunu, döyüşlərdə göstərdiyi şücaəti və vətənə sonsuz bağlılığını gələcək nəsillərə çatdırmağa nail olub. Belə əsərlər gənclərin milli ruhda tərbiyəsinə, qəhrəmanlarımızın tanıdılmasına və tarixi yaddaşımızın qorunmasına mühüm töhfə verir.
“Mehrab dastanı”nın təqdimatı bir daha göstərdi ki, şəhidlərimizin adı, xatirəsi və qəhrəmanlığı xalqımızın qəlbində əbədi yaşayır. Bu cür dəyərli təşəbbüslər isə həmin müqəddəs irsin gələcək nəsillərə ötürülməsinə xidmət edir.
Nəhayət Şirinovanı bu dəyərli əsərin ərsəyə gəlməsi münasibətilə Vətənim Azərbaycandır.az kollektivi və şəxsən təsisçi və baş redaktor Kamran Orucovun  adından ürəkdən təbrik edir, yaradıcılıq fəaliyyətində yeni uğurlar, bol nailiyyətlər və yeni-yeni əsərlər arzulayırıq. İnanırıq ki, “Mehrab dastanı” kimi əsərlər milli ədəbiyyatımızın və vətənpərvərlik salnaməmizin dəyərli nümunələri sırasında layiqli yerini tutacaq.

Oxşar xəbərlər