2 İyul – Azərbaycan Polisi Günü
Dünən, 15:08
128

2 İyul – Azərbaycan Polisi Günü

ONDERTV.ORG

Bu gün Azərbaycan Respublikasında hüquq-mühafizə orqanlarının şərəfli tarixini əks etdirən əlamətdar gün – Azərbaycan Polisi Günü qeyd olunur.
Azərbaycan polisi dövlətçiliyin möhkəmləndirilməsi, ictimai asayişin və təhlükəsizliyin etibarlı şəkildə təmin edilməsi, qanunun aliliyinin qorunması, cinayətkarlığa qarşı qətiyyətli mübarizə və vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi istiqamətində yüksək peşəkarlıq, məsuliyyət və sədaqətlə xidmət göstərir.
Peşə bayramı münasibətilə daxili işlər orqanlarının bütün əməkdaşlarını və veteranlarını ürəkdən təbrik edir, onlara möhkəm cansağlığı, xidmətdə uğurlar, ailə səadəti və ölkəmizin təhlükəsizliyi naminə həyata keçirdikləri şərəfli fəaliyyətlərində yeni nailiyyətlər arzulayırıq.
Azərbaycan Polisi Günü münasibətilə bütün polis əməkdaşlarını bir daha təbrik edir, onlara müqəddəs xidmət yollarında daim uğurlar və müvəffəqiyyətlər diləyirik.
Zemfira Ağayeva
Sahibkar Qadınlar İctimai Birliyinin sədri

Oxşar xəbərlər