
Gündəm
Bu gün, 16:26
54
*Ad gününüz mübarək, Azərbaycanın dəyərli oğlu İlham Atakişiyev!*
ONDERTV.ORG
Azərbaycanda arıçılıq məhsullarının, xüsusilə propolisin və təbii müalicəvi məcunların təbliği, həmçinin "Propolis" təbii arı məhsulları mərkəzinin rəhbəri və yaradıcısı kimi tanınan sahibkar və mütəxəssis İlham Atakişiyevin bu gün yubileyidir.Onu sağlam həyat tərzi və təbii qidalanma mövzusunda müxtəlif layihələrin və verilişlərin qonağı kimi tanımışıq.
İlham müəllim Azərbaycanda apiterapiya və fitoterapiya sahəsində tanınan, xalq təbabətinin təbliği və inkişafına dəyərli töhfələr vermiş insanlardan biridir. Arıçılıq məhsullarının, xüsusilə propolisin, arı südünün, çiçək tozunun və digər təbii nemətlərin faydalarının geniş kütlələrə çatdırılmasında böyük xidmətləri olmuşdur. Onun yaratdığı və rəhbərlik etdiyi “Propolis” arı məhsullar mağazasının fəaliyyət istiqamətləri minlərlə insanın sağlam həyat tərzinə yönəlməsinə, təbii müalicə üsullarına maraq göstərməsinə səbəb olmuşdur.
İlham müəllimin fəaliyyəti sadəcə sahibkarlıqla məhdudlaşmır. O, illər boyu insanlara təbiətin bəxş etdiyi şəfa mənbələrini tanıdaraq, sağlamlığın qorunması və həyat keyfiyyətinin yüksəldilməsi naminə yorulmadan çalışmışdır. Onun zəngin təcrübəsi, səmimiyyəti və insanlara faydalı olmaq arzusu onu cəmiyyət arasında hörmət qazanan bir şəxsiyyətə çevirmişdir.
Bu yubiley günündə xüsusilə qeyd etmək istərdik ki, insanın ən böyük sərvəti onun arxasında qoyduğu xoş iz, qazandığı hörmət və yetişdirdiyi dostluqlardır. Siz bu sərvətlərin hər birinə sahib olan xoşbəxt insanlardansınız.
Qoy doğma Azərbaycanın bərəkətli torpağı, saf havası və gözəl insanlarının sevgisi sizə daim güc versin. Həyat yolunuz bundan sonra da sağlamlıq, sevgi, ailə xoşbəxtliyi və yeni uğurlarla zəngin olsun.
60 yaşınız mübarək, hörmətli İlham müəllim!
Qoy ömrünüz arı balı qədər şirin, təbiət qədər saf və bərəkətli olsun!
Vətənimizin dəyərli oğlu, xalq təbabətinin və təbii sağlamlıq mədəniyyətinin yorulmaz təbliğatçısı İlham Atakişiyevə ən xoş arzularla
“Xəyal Media Qrup” Y.İ.B-i, “ Kvant Enerji Mərkəzi”-nin, “Bilgi, sevgi, şifa” klubunun bütün üzvləri adından hörmətlə Xəyal Qurbani






