Azərbaycan "OPEC+" çərçivəsində əməkdaşlıqda əsas məqsədlərini açıqlayıb
Dünən, 15:03
5

Azərbaycan "OPEC+" çərçivəsində əməkdaşlıqda əsas məqsədlərini açıqlayıb

ONDERTV.ORG

Qlobal neft bazarında tələb və təklif arasında balansın qorunması Azərbaycanın "OPEC+" çərçivəsində əməkdaşlıqda əsas məqsədlərindən biridir.
bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Bakıda keçirilən "OPEC+" Əməkdaşlıq Xartiyasının (Charter of Cooperation – CoC) Texniki Komitəsinin ilk iclasında deyib.
Onun sözlərinə görə, Azərbaycan artıq on ilə yaxındır Əməkdaşlıq Bəyannaməsinin iştirakçısı kimi "OPEC+" platformasında qlobal neft bazarının sabitliyinin təmin olunmasına fəal və məsuliyyətli şəkildə töhfə verir: "Əsas məqsədimiz tələb və təklif arasında balansın qorunmasıdır. Bu, OPEC+ çərçivəsində əməkdaşlığa sadiqliyimizin aydın göstəricisidir. Azərbaycan bundan sonra da OPEC+ çərçivəsində qlobal enerji bazarında sabitliyin qorunmasına və beynəlxalq əməkdaşlığın inkişafına öz töhfəsini verməyə davam edəcək".

Oxşar xəbərlər