
Gündəm
Bu gün, 10:23
96
SDU və UNEC tədqiqatçılarının birgə elmi məqaləsiyüksək indeksli bazalarda
ONDERTV.ORG
17-19 İyun 2026 tarixində Milli Aviasiya Universiteti və Türkiyənin İstanbulda yerləşən Piri Rəis Universitetinin birgə təşkilatçılığı ilə elmi simpozium keçirilir. Simpozimda iştirak üçün qəbul edilən məqalələr Scopus və Springer kimi nüfuzlu data bazalara daxil edilməsi üçün qəbul edilmişdir.17 iyun tarixində Sumqayıt Dövlət Universitetinin Tarix, coğrafiya və metodika kafedrasının dosenti tarix üzrə fəlsəfə doktoru Samirə Məmmədova, Xəzər Universitetinin müəllimi, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) doktorantı Elvin Əliyev də konfransda “Sustainable Urban Transportation and Social Development: Policy Implications for Azerbaijan” mövzusunda təqdimatla çıxış ediblər.
Məqalə təqdim etmək istəyən hər bir tədqiqatçı üçün bu simpozium beynəlxalq elmi mühitdə nəticələrin təqdim olunması, təhsil müəssisələrinin reytinqinin yüksəlməsi, yeni əməkdaşlıqların qurulması və müvafiq sahəsində aktual problemlərin müzakirəsi baxımından əhəmiyyətli platforma hesab olunur.
Mokolas Romeris Universiteti
Ş.N.Kamilli
Vilnus birusonun müxbiri





