"UFC Fight Night Baku": Avstraliyanı təmsil edən türkiyəli Kaan Ofli qələbə qazanıb
Bu gün, 01:19
8

"UFC Fight Night Baku": Avstraliyanı təmsil edən türkiyəli Kaan Ofli qələbə qazanıb

ONDERTV.ORG

Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunan turnirində daha bir görüş baş tutub.
dördüncü qarşılaşmada Avstraliyanı təmsil edən Kaan Ofli (66,22) kolumbiyalı Xavyer Reyeslə (65,99) üz-üzə gəlib.
Yarım yüngül çəkidəki döyüşdə əslən türkiyəli olan Kaan Ofli rəqibindən güclü olub. O, birinci raundda X. Reyesi boğucu fəndlə təslim olmağa məcbur edib.
*** 
Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunan turnirində növbəti görüş baş tutub.
üçüncü qarşılaşmada Ukrayna təmsilçisi Daniil Donçenko (77.44 kq) İsveçdən olan Teodor Berggenlə (77.56 kq) ilə üz-üzə gəlib.
Yarımorta çəki kateqoriyasında baş tutan qarşılaşmada Daniil Donçenko vaxtından əvvəl ikinci raundda İsveçli rəqibini məğlub edib.
Xatırladaq ki, "UFC Fight Night Baku"da gecənin əsas döyüşündə Azərbaycan təmsilçisi Rafael Fiziyev yüngül çəkidə meksikalı Manuel Torreslə qarşılaşacaq.
*** 18:18
Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunan turnirində daha bir görüş baş tutub.
ikinci qarşılaşmada Qazaxıstan təmsilçisi Bekzat Almakhan (61,68) Braziliyadan olan Jan Matsumoto (61,46) ilə üz-üzə gəlib.
Ən yüngül çəkidəki qarşılaşmada braziliyalı idmançı qələbəyə sevinib.
O, üç raundun yekununda hakimlərin qərarı ilə qalib gəlib.
Daha əvvəl Azərbaycan təmsilçisi Tahir Abdullayev braziliyalı Ceferson Nasimentonu məğlub edib.
"UFC Fight Night Baku"da gecənin əsas döyüşündə Azərbaycan təmsilçisi Rafael Fiziyev yüngül çəkidə meksikalı Manuel Torreslə qarşılaşacaq.
*** 17:10
Bakıda keçirilən "UFC Fight Night Baku" turnirinə start verilib.
Milli Gimnastika Arenasında baş tutacaq turnir çərçivəsində ümumilikdə 13 döyüş keçiriləcək.
İlkin döyüşlər saat 17:00, əsas qarşılaşmalar isə 20:00-dan başlayacaq.
"UFC Fight Night Baku"da gecənin əsas döyüşündə Azərbaycan təmsilçisi Rafael Fiziev yüngül çəkidə meksikalı Manuel Torreslə qarşılaşacaq.
Əlavə olaraq azərbaycanlı Nazim Sadıxov braziliyalı Mateus Kamilo ilə, Fərman Həsənov ABŞ təmsilçisi Erik Nolanla, Tahir Abdullayev braziliyalı Ceferson Nasimento ilə güclünün adına aydınlıq gətirəcəklər.
"UFC Fight Night Baku" turniri
İlkin görüşlər
Tahir Abdullayev (Azərbaycan) - Cefferson Nasimento (Braziliya)
Bekzat Almakhan (Qazaxıstan) - Jan Matsumoto (Braziliya)
Daniil Donçenko (Ukrayna) - Teodor Berggen (İsveç)
Kaan Ofli (Avstraliya) - Xavyer Reyes (Kolumbiya)
Nursulton Ruziboev (Özbəkistan) - Andrey Pulyaev (Rusiya)
Abdul Rahman Yahyaev (Türkiye) - Culius Uolker (ABŞ)
Fərman Həsənov (Azərbaycan) - Erik Nolan (ABŞ)
Əsas döyüşlər
Abus Maqomedov (Almaniya) - Mixal Olekseyçuk (Polşa)
İkram Aliskerov (Rusiya) - Bruno Ferreyra (Braziliya)
Asu Almabayev (Qazaxıstan) - Çarlz Conson (ABŞ)
Nazim Sadıxov (Azərbaycan) - Mateus Kamilo (Braziliya)
Ko-meyn event (Gecənin ikinci əsas döyüşü):
Şarabutdin Maqomedov (Rusiya) - Mişel Pereyra (Braziliya)
Gecənin əsas döyüşü (Main event)
Rafael Fiziyev (Azərbaycan) - Manuel Torres (Meksika)

Oxşar xəbərlər