
Gündəm / Siyasət / Cəmiyyət
7-11-2022, 23:38
288
Zəfərimiz mübarək!

2 il əvvəl dövlətimizin tarixinə daha bir Zəfər Günü yazıldı. Bu, Azərbaycanın tarixi şəhəri olan Şuşanın 2020-ci il 8 noyabr tarixində işğaldan azad olunması günü idi. Cənab Prezident İlham Əliyev dekabrın 3-də Sərəncam imzalayaraq, Sərəncamda qeyd etdi ki, hər bir azərbaycanlı üçün əziz olan Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq, xalqımızın döyüş əzminin və qüdrətinin təntənəsinə çevrilən, dövlətimizin gələcək inkişafı və nüfuzu baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbə - Zəfər Günü hər il noyabrın 8-də təntənəli şəkildə qeyd ediləcək.
Ali Baş Komandanımız Ermənistana və onun himayədarlarına sübut etdi ki, Qarabağ Azərbaycandır!
Qələbənin yaxınlışdığını hamımız hiss edirdik. Elə həmin gün çox böyük fərəh hissi ilə alıb saxladığım bayraqdan olan hicabımı geyindim. Bu heç bir söz ilə əvəz olunmayacaq sevinc idi.
Bayramımız mübarək!

Vetenim-Azerbaycandır.Az xəbərlər və informasiya portalının müxbiri Əfsanə Əliyeva
Əfsanə Əliyeva
ÖNDERTV.ORG