"Milli savaşımızda xüsusi xidmətləri olan Əli Nağıyevin rolu danılmazdır"
6-11-2022, 13:45
181

"Milli savaşımızda xüsusi xidmətləri olan Əli Nağıyevin rolu danılmazdır"




Heydər Əliyev: “Dövlətin təhlükəsizlik, yaxud kəşfiyyat orqanı o vaxt qalib gəlir, öz vəzifəsini layiqincə yerinə yetirir ki, orada peşəkar kadrlar və iş üslubu olsun”Milli təhlükəsizliyin təmin olunması ölkənin sabit və davamlı inkişafında strateji əhəmiyyət daşıyır... 
 
 
Əməlləri,  addımları ilə  tarixləşən ... ŞƏXSİYYƏT...
Hər bir ölkənin milli təhlükəsizlik siyasətinin effektivliyi və müvəffəqiyyəti ölkənin təhlükəsizlik mühitindən və beynəlxalq imicindən asılıdır. Dövlətin suverenliyi, ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı, milli maraqlarının təminatı, davamlı inkişafı, vətəndaşlarının sosial-siyasi hüquqlarının və rifah halının təmin olunması və milli-mənəvi dəyərlərinin qorunmasına təsir edən əsas amillər məhz təhlükəsizlik mühiti və beynəlxalq imicdir. Azərbaycanın milli təhlükəsizliyinin əsas problemi və hərbi-geostrateji vəzifəsi illərdir uzanan və sonu görünməyən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olmaq, ölkənin pozulmuş ərazi bütövlüyünü və suveren dövlət hüquqlarını bərpa etmək və bu fonda regionda sülhü və dinc əməkdaşlıq mühitini təmin etməkdən ibarətdir. Ölkənin xarici aləmlə bütün təmaslarında, ikitərəfli və çoxtərəfli münasibətlərində bu problemin müzakirəsi və beynəlxalq hüquq normaları çərçivəsində həlli məsələsi daim diqqət mərkəzində saxlanılır. Milli təhlükəsizliyin təmin olunması müasir dövrdə istənilən dövlətin daxili və xarici siyasətinin ən prioritet vəzifəsi hesab olunur. Vətən müharibəsində düşmənə sarsıdıcı zərbə vurulmasında və şanlı Qələbənin qazanılmasında, eləcə də işğaldan azad edilən ərazilərimizdə təhlükəsizliyin etibarlı şəkildə təmin olunmasında Azərbaycanın xüsusi xidmət orqanlarının özünəməxsus rolu var. Azərbaycanın təhlükəsizlik orqanları peşə bayramlarını qələbə  sevinci ilə qeyd edirlər.
     44 gün davam edən və işğal altındakı ərazilərimizin azad olunması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Prezident İlham Əliyev 18 ildə həyata keçirdiyi siyasətin nəticəsində Azərbaycanı 30 ilə yaxın davam edən münaqişədə qalib tərəfə çevirdi. Ərazi bütövlüyümüzün birmənalı olaraq təsdiq edildi. Müzəffər Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında cəmi 44 günə mümkünsüzü mümkün etdi! Azərbaycan xalqı öz liderinin - müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi.
 
Bu gün Azərbaycan xalqı hansı səviyyədə uğurlu sərkərdəyə - Ali Baş Komandana sahib olduğunu aşkar gördü. Prezident İlham Əliyev yalnız hərb meydanında müzəffər sərkərdə deyil, diplomatik cəbhədə də  öz sözünü dedi və  mübarizlik rəmzinə çevrildi.Müzəffər Azərbaycan Ordusu cəmi 44 günə hərbi yolla 28 il düşmən torpağında inləyən vətən torpaqlarını işğaldan azad etdi. Azərbaycan Ordusu dünyaya sübut etdi ki, döyüş meydanında zəfəri tanklarla, toplarla deyil, ağılla, zəkayla  da qazanmaq olar. Şuşanın işğaldan azad edilməsi bizim gücümüzü göstərdi. Ordumuzun peşəkarlığını, hərbçilərimizin cəsarətini, qəhrəmanlığını göstərdi. Şuşanın azad edilməsi   böyük peşəkarlıq, cəsarət tələb edirdi. Əminəm ki, bu əməliyyat dünya hərb tarixində xüsusi yer tutacaq. Çünki bu əməliyyatı bizim qəhrəman hərbçilərimiz, xüsususitəyinatlılarımız, dağlardan, meşələrdən, cığırlardan keçərək yalnız yüngül silahlarla silahlanmış şəkildə azad ediblər. Şuşanın işğaldan azad edilməsi bizim şanlı qələbəmizdir.Azərbaycan əsgəri əsl qəhrəmanlıq, mərdlik, şücaət, rəşadət nümunəsi göstərdi.
 
Düşmənin 30 il ərzində qurduğu xəyalları darmadağın  etdi. Müzəffər ordumuzun tətbiq etdiyi savaş strategiyası müasir hərb tarixinə yeni örnək oldu.Ermənistan "dəmir yumruq”  qarşısında  tab gətirmədi, məğlubiyyətini  qəbul  etdi. Paşinyan hakimiyyəti reallığı  gec də olsa qəbul etdi və noyabrın 10-da Ermənistan  kapitulyasiya bəyannaməsini imzaladı. Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş naziri tərəfindən noyabrın 10-da imzalanan üçtərəfli bəyanat Azərbaycan tarixinin ən böyük diplomatik qələbəsini təsdiq edən gündür. Üçtərəfli bəyanata əsasən Dağlıq Qarabağın heç bir xüsusi statusu olmayacaq. Dağlıq Qarabağ Muxtar Vilayəti də tarixə qovuşdu. Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri birgə bəyanat imzaladılar. Bu bəyanat mahiyyət etibarilə Ermənistanın kapitulyasiyasıdır,döyüş meydanında darmadağın edilən günüdür. Ermənistanın Azərbaycan Prezidentinin münaqişənin ilk günlərindən bəyan etdiyi şərtləri qəbul etməkdən başqa çıxış yolu qalmadı. Ərazi bütövlüyümüz təmin olundu.
 
Bu Azərbaycanın tam və şərhsiz qələbəsinin əyani sübutudur. 8 noyabr 2020-ci il Ali Baş Komandan və şanlı Azərbaycan əsgərinin yazdığı  tarixi günə çevrildi. 28  illik həsrətdən sonra Şuşa  işgaldan azad edildi.  44 gün müddətində  müzəffər ordumuz öz sözünü  dedi. Bu müddət ərzində millətimiz daim vətən həsrəti, sevgisini ürəyində daşıdı, cənab İlham Əliyevə arxalandı və qələbə qazandı. Liderimiz daim çıxışlarında "Biz Qarabağımıza qayıdacağıq, Qarabağ tarixi Azərbaycan torpağıdır" deyirdi. Prezidentimiz  ulu öndər Heydər Əliyevə və xalqına verdiyi sözləri tutdu. Ata vəsiyyətini yerinə yetirdi. Ordumuza, eləcə də möhkəm iradəli xalqına inanaraq zəfər qazandı. Bu zəfər asan başa gəlmədi. Daim danışıqlara üstünlük verən dövlətimiz, öz hünərini döyüş meydanında da göstərdi. Böyük qələbəni  qanları ilə yazan şəhidlərimizin intiqamının alınması ilə əldə edilən zəfəri, Azərbaycan xalqına bəxş etməklə Ali Baş Komandanımız İlham Əliyev həm də həyatını Azərbaycana həsr edən, "Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” - deyən Ulu Öndərin arzusunu reallaşdırdı. 
Bu böyük qələbə eyni zamanda Azərbaycan xalqını dünyaya qürurlu xalq kimi tanıtdı. "Dağlıq Qarabağ Azərbaycan torpağı, beynəlxalq səviyyədə tanınan ərazimiz olmaqla yanaşı, ədalət məsələsidir, Azərbaycanın milli qürur məsələsidir”,-deyən Prezidentimizə olan inamı, sevgini birə beş artırdı. Azərbaycan Qarabağa qovuşdu, tarixi zəfərə imza atdı.Bu qələbəni, zəfəri bizlərə yaşadan isə Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı ölkə Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, Güclü Ordumuz, Rəşadətli əsgər və zabitlərimizdir.
Bir sözlə,"Qarabağ Azərbaycandır və nida ” söyləyən Prezidentimiz hər zaman olduğu kimi bu dəfə də vədinə əməl etdi. Noyabrın 8-i xalqımızın tarixinə şanlı, qızıl hərflərlə yazıldı! 30 ildən sonra Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sübuta yetirdik ki, bir qarış torpağımızı belə heç kəsə verən deyilik. Qarabağ Azərbaycandır!  
44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaq! İstər elmi, istər siyasi, istərsə də ədəbi fəaliyyəti ilə bir çox nailiyyətlərə imza atan şəxsiyyətlər haqqında çox  oxumuşuq. Şəxsiyyətlər  dövlətimizin, xalqımızın,  həyatımızn işığına çevriliblər hər zaman. Müxtəlif ölkələrin tarixi şəxsiyyətləri də  təkcə öz dövlətlərinin deyil, eyni zamanda dünya tarixinin dəyişməsində mühüm rol oynayıblar. Sözünü  əməlləri ilə tamamlayan, dürüst, ədalətli, ümüdsiz insanların  ümüdi, inamsız insanlara  inamı  qaytaran ziyalı  şəxslərə Şəxsiyyətdir  deyirik.Şəxsiyyətlərin uzaqgörənliyi , təcrübəsini  bəzən  biz möcüzə  olaraq   qəbul edirik.  Əslində 30 illik  mübarizəmizin   44 gün ərzində  zəfərlə başa çatması   özü  də  bir möcüzədir. Bu möcüzəni bizə  yaşadanlara  minnətdarıq. Savaş günlərində Ordumuzun ,Ali baş komandanımızın, xalqımızın “Dəmir yumruq” kimi  birləşməsində,xalqımızın çətin-sınaq  dolu  günlərində Prezidentimizin ətrafında güvənilən şəxsiyyət olaraq xalqda inamı-güvəni artıran şəxslərdən biri  də general Əli Nağıyev idi. “Biz birlikdə güclüyük”  şüarı böyükdən-kiçiyə  hər kəsin dilinin əzbərinə, əqidəsinə çevrildi.
8 noyabr qələbə  günümüz  olmaqla yanaşı həm  də xalqımızın  daxili   və xarci  qüvvələrədən   qoruyan, keşiyini çəkən ömrünü uzun illər xalqa   sədaqətlə  xidmət  edən generalımız Əli Nağıyevin  dogum  günüdür.Azərbaycan  xalqının  əbədi   zəfəri olan 8 noyabr  günü xatırlandıqca, milli birlik və düşüncə bütövlüyümüzün təntənəsi olaraq tarixə çevrilən 8 noyabr tarixi  həm də səmimiyyəti, sadəliyi  ilə  general  adını  bir  az da  ucaldan, vəzifəsini, rütbəsini haqqı ilə  daşıyan Əli Nağıyev  üçün daha da    unudulmaz olacaq. Milli  savaşımızda xüsusi   xidmətləri olan Əli Nağıyevin  rolu danılmazdır.  Şəhid anasının bircə kəlməsi ilə onu   ziyarət  edərək   vəzifəsini, rütbəsini deyil, insanlıq  vəzifəsini icra  edən şəxsiyyət Əli Nağıyev dövlətimizin, dövlətçiliyimizin   təhlükəsizliyini qoruyan,xalqın inamını, etibarını qazanan şəxsdir.Vəzifə gəldi –gedərdi, insanlıq Allahın  sevdiyi  insanlara bəxş  etdiyi nemətdir.  Allahın da,  Vətəninin  də, insanların da   ümidinə -inamına işıq olan  adam.Vətən yolunda gecəsini- gündüzünü  unudan,inamını itirmişlərin  inamına, dayağına çevrilən  böyük ürəkli Vətən  övladı.Peşəsinin  daşıdığı rütbənin haqqını layiqincə verən generalımız yaxşı  ki, varsız. 
30 il gözlədiyimiz o möhtəşəm tarixə birlikdə  şahidlik etdik. 8 noyabr 2020-ci il – Şuşanın azadlığı günü.Qarabağa qovuşduğumuz tarixi gün, Azərbaycan tarixinə  qızıl həriflərlə  yazıldı. 8 noyabr 2020-ci il böyük Qələbə Günüdür! Şanlı tariximizə daxil olan Zəfər günüdür!. Qarabağ münaqişəsinə xalqımızın zəfəri ilə  son  qoyduğu gündür. Azərbaycan tarixinin  uzun illərdən  sonra  qazandığı qələbə ilə  adınız  hər zaman  qoşa çəkiləcək. Haqqınız, əməyiniz böyükdür. Böyük insan, möcüzələrə bizləri  yenidən  inandıran  ŞƏXSİYYƏT gününüz mübarək olsun! Zəfər gününüz, doğum gününüz mübarək olsun!
 
Gülşən Behbud

ÖNDERTV.ORG

Oxşar xəbərlər