8 Noyabr Qələbə günümüz!
8-11-2022, 05:24
88

8 Noyabr Qələbə günümüz!

Qürur günü, Milli iftixar günümüz! 
Azərbaycan xalqının tarixinə “Zəfər salnaməsi” kimi yazılan 44 günlük müharibənin başa çatmasından  bizi 2 il ayırır.
Çox fəxrlə geyd edirik iki ildir Azə
rbaycan xalqının tarixinə yazılmış bu möhtəşəm günü. 
30 il davam edən əsarət dolu tarixə 44 günlük möcüzə dolu zəfər imzası vuruldu. Bu möhtəşəmliyi bizlərə Azərbaycan Respublikasının Prezidenti, Cənab Ali Baş Komandan İlham Əliyevin başçılığı altında Müzəffər Azərbaycan Ordusu bəxş etdi. 
Bəşər dövlətlərinin sıralamasında məhz Qalib xalq kimi tarixə yazıldıq.
Azadlığı öz qanları ilə yazan şəhid övladlarımızın ruhları bu gün şaddır, Ərazi bütövlüyümüz təmin olunmuş, əbədi və əzəli torpağarımız məhz onların sayəsində Azərbaycanımıza qayıtmışdır.  Müqəddəs ruhunuz qarşısında baş əyirik igid, qəhrəman, cəsur Vətən mücahidlərimiz! Allah Şəhadətinizi ali etsin. Sizlərlə eyni yolda öz sağlamığlarını itirmiş Qazi qardaşlarımıza isə sağlam, rahat həyat yolu diləyirik. Allah sizləri var etsin. 
Gününüz mübarək. 
Zəfərimiz mübarək!

Zemfira Ağayeva.
Sahibkar Qadınlar İctimai Birliyinin sədri.


ÖNDERTV.ORG

Oxşar xəbərlər